Latviya Rusiya ilə sərhəddə 93 kilometrlik hasar ucaldıb - Tikanlı məftil də çəkilib

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Latviya Rusiya ilə sərhəd boyu 93 kilometrlik ərazidə tikanlı məftil çəkilmiş hasarın tikintisini başa çatdırıb. Bu barədə bazar ertəsi Dövlət sərhəd mühafizəsi xidmətinə istinadla, «LETA» yerli iformasiya agentliyi xəbər verib.

2015-ci ildə qəbul olunmuş qərara əsasən cəmi 282,6 kilometrlik məsafədə Latviya-Rusiya sərhədinin məhkəmləndirilməsi və modernləşdirilməsi planlaşdırılır. Abadlıq üzrə layihəyə xüsusi taxta körpücüklərin tikilməsi, patrul cığırlarının, nəzarət xətlərinin və sərhədin ayrı-ayrı hissələrində hasarın uçaldılması işləri daxil edilib. Tikanlı məftil də hesaba alınmaqla, hasarın hündürlüyü 2,7 metrdir. Bu məqsəd üçün ümumi xərclər 21 milyon avro təşki edir.

«31 dekabr 2018-ci il tarixinə qədər 207 kilometr sərhəd xətti abadlaşdırılıb və əvvəldən nəzərdə tutulmuş 93 kilometrlik hasar çəkilib. Sərhəd xəttinin abadlaşdırılması işlərinin 2020-ci ildə başa çatdırılması planlaşdırılıb» - deyə, sərhəd mühafizə xilmətindən bildiriblər.

Latviyaya qeyri-leqal miqrant axınını məhdudlaşdırmaq üçün 2015-ci ildə Latviya Rusiya ilə sərhəddini abadlaşdırmaq barədə qərar qəbul edib. Qeyri-leqal miqrasiya ilə mübarizə məqsədilə həm də Belarusla 193 kilometrlik sərhəddini abadlaşdırmaq niyyətində olduğunu bəyan edib. Bu işlərin 2018-2021-ci illər aralığında həyata keçirilməsi planlanır, layihənin ümumi qiyməti isə 27,6 milyon avro həcmində qiymətləndirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar