Konor Makqreqor ABŞ-da saxlanılıb

İrlandiyalı qarışıq döyüş növləri ustası Konor Makqreqor ABŞ-ın Florida ştatının Mayami-Biç kurort şəhərində yerli polis tərəfindən saxlanılıb.

"Report" "Miami Herald" nəşrinə istinadən xəbər verir ki, o, martın 11-də fanatının telefonunu qırdığına görə tutulub.

Polisin məlumatına görə, bu, pərəstişkarın otel yaxınlığında idmançının şəklini çəkməsindən sonra baş verib. Makqreqor telefonu qırıb və özü ilə aparıb, buna görə də ona qarşı qarət və dələduzluq maddəsi üzrə ittiham irəli sürülüb.

"Mmafighting.com" xəbər verir ki, zərərçəkən İngiltərədən olan Əhməd Abdirzakdır.

Konor Floridada UFC-yə qayıtmağa hazırlaşırmış. Onun sözügedən turnirdə sonuncu döyüşü rusiyalı Həbib Nurməhəmmədova qarşı olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar