Hərbi məlumatları yayanlar cəzalandırılacaq - Video

Azərbaycanda hərbi məlumatların yayılmasını qadağan edən qanun hazırlanır.

Milli Məclisdə ordu, hərbi məlumatların yayımlanması ilə bağlı məhdudiyyətləri özündə əks etdirən qanun layihəsi hazırlanır. Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Siyavuş Novruzov qanun layihəsi üzərində işlənildiyini və sentyabrda müzakirəyə çıxarılacağını bildirdi.

“Dünyada vətəndaş öz şəxsiyyətini təsdiq etmədən hər hansı bir fikir şərhi yaza bilmir. Amma bizdə ordu haqqında da, insan haqında da müxtilf fikirlər yazırlar. Azərbayacanda 30 min erməni əsilil adam var. Heç onlar hər hansı bir təxribat xarakteril nəsə yayırlarmı?”- deyə komitə üzvi bildirdi.

Qadağan olunmuş informasiyanı yayan şəxs barəsində konkret cəza tədbirlərinin görülməsi nəzərdə tutulur. Dünya təcrübəsində bu tip informasiyaların yayımlanması, xüsusən müharibə vəziyyətində olan ölkələrdə xüsusi qanunla tənzimlənir. Hesab edilir ki, informasiya təhlükəsizliyi ölkə üçün onun sərhədlərinin təhlükəsizliyi qədər vacibdir.

İnformasiya müharibəsi ilə bağlı ilk rəsmi sənəd 1992-ci ildə Amerika Müdafiə Nazirliyinin elə “İnformasiya müharibəsi” adı altında hazırlayıb, həyata keçirdiyi direktiv sənəddir. Bu sənəddə milli maraqlar naminə öz informasiya təhlükəsizliyini təmin etməklə mətbuatın gücündən istifadə edərək, düşmənin informasiya sistemlərinə təsir göstərməyin, informasiya üstünlüyünə sahib olmağın yolları və prinsipləri müəyyənləşib. ABŞ-ın informasiya agentliyinin dövlət departamentinin tərkibində fəaliyyət göstərməsi də Amerikanın bu sahəyə nə qədər çox önəm verməsinin əsas göstəricilərindəndir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar