MTRŞ-in türk dili narahatlığı - "Ədəbi dilimizə mənfi təsir göstərə bilər”

“Hazırda türk dilinin milli efir məkanımızda istifadəsi kütləvi olmasa da, bununla bağlı müəyyən meyillər var. Bu isə əsasən verilişlərə dəvət olunmuş qonaqların, həkimlərin türk dilində danışmaları, bəzi aparıcıların türk-Azərbaycan dilində qarışıq danışması və s. ilə əlaqədardır”.

Bunu “Report”a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov milli efir məkanında dövlət dilindən istifadə ilə bağlı məsələni şərh edərkən deyib.

Onun sözlərinə görə, milli efir məkanında Azərbaycanın dövlət dilindən istifadənin tam şəkildə bərqərar olması başlıca vəzifədir: “Bu istiqamətdə dövlət tərəfindən qətiyyətli iradə ortaya qoyulub. Bu gün xarici dillərdən rus və ingilis dilində yalnız xəbər buraxılışları yayımlanır. Lakin bəzi verilişlərdə türk dilindən istifadə halları diqqəti cəlb edir”.

MTRŞ rəsmisi qeyd edib ki, əslində türk dili ilə bağlı məsələ digər xarici dillərlə müqayisədə bir az fərqli olsa da, qanunvericiliyə görə verilişlər tamamilə dövlət dilində olmalıdır: “Qardaş türk dilinin milli efir məkanında kütləvi şəkildə istifadə olunması Azərbaycan ədəbi dilinə mənfi təsir göstərə bilər. Bunu dilçilər də təsdiq edə bilər. Çünki Azərbaycan və türk dilləri bir-birinə çox yaxındır. Məlumdur ki, türk dilində olan kontent Azərbaycan dilindəkindən daha çoxdur. Bu mənada milli efir məkanımızda bütün hallarda Azərbaycan dilinə mənfi təsir göstərən hallardan qaçmaq zəruridir”.

“Monitorinqlər zamanı bir çox hallarda subtitrlə tərcümə edildiyi müşahidə edilir”- deyən T.Dadaşov əlavə edib ki, bu, yaxşı haldır: “Biz türk televiziyalarında da Azərbaycan dilində danışanların nitqinin subtitrlə türk dilinə tərcüməsi hallarına çox rast gəlirik. Hazırda MTRŞ tərəfindən aparılan monitorinqlərdə bu məsələ daim diqqət mərkəzindədir. Azərbaycan ədəbi dilinin qorunması, gənc nəslin bu dili mükəmməl bir şəkildə mənimsəməsi üçün onun milli efir məkanında kənar təsirlərdən qorunması vacibdir”.

635x100

Şərhlər

t.ədalət 2019-03-12 10:48:20

Türk dilinə qarşı getmək elə ermənilərin mövqeyi qədər təhlükəlidir.Azərbaycanı Türkiyəyə doğru gedən yoldan heç kim yayındıra bilməyəcək!Öz millətinə olan sevgini necə əngəlləmək olar?Yox,əzizim,bu mövqe Rusiyanın planıdır.O planı,ancaq etniklər dəstəkləyə bilər.

Elli 2019-03-12 10:48:20

Azərbaycan Respublikası Türk dövlətlərindən biri sayılır, dilimiz də türk dilidir!

NURəddin 2019-03-12 10:48:20

ƏSLİNDƏ BU TÜRK DİLİNƏ QISQANCLIQDAN İRƏLİ GƏLİR. DİLİ ÖLMÜŞ ETNİKLƏR HƏMİŞƏ AQRESSİV OLURLAR. MƏNİM DİLİM MƏHV OLDU QOY BAŞQALARININ DA DİLİ MƏHV OLSUN DEYƏ DÜŞÜNÜRLƏR.AXMAQ ADAM ANLAMIR Kİ, DİLİN İNKİŞAFI OBYEKTİV ANLAYIŞDIR,QOHUM DİLLƏRİN BİR-BİRİNDƏN BƏHRƏLƏNMƏSİ ZƏRURİDİR.BUNU HANSISA BOYNUNA QALSTUK DOLAMIŞ BİR TELEVİZİYA İŞÇİSİ VƏ YA DİLÇİLİK İNSTİTUNDA DÜRTÜLMÜŞ QEYRİ-TÜRK ƏNGƏLLƏYƏ BİLMƏZ. AX, ƏLİMDƏ İMKAN OLAYDI DİVAN TUTARDIM SİZƏ. HƏR AULDAN ÇIXIB BAKIYA YÜYÜRÜB GƏLƏNİ ÖZ AULUNA PƏRÇİM EDƏRDİM.

Nadir. 2019-03-12 10:48:20

Bismillahir-Rəhmanir-Rəhim. Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşovun dediyi çox mənasiz və ürək bulandıran bir şeydir. Mənə elə gəlirki araşdırmaq lazımdır:- O MMTRŞ-yə necə düşüb?-Onun şöbə müdiri kimi belə bir fikir deməyə səlahiyyəti varmı?

Son yazılar