Məhkəmə sədrinin oğlu bölmə rəisi təyin edilib

Daxili işlər orqanlarında yeni təyinat olub.

ONA-nın məlumatına görə, bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilərək sərəncama götürülən Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Ruslan Zeyqəm oğlu Hüseynov yeni vəzifəyə təyin edilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə R. Hüseynov Bakının Nərimanov Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, R. Hüseynov Sumqayıt şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynovun oğludur.

635x100

Şərhlər

heç kim 2019-03-12 17:01:09

QOHUM ƏQRABA,QUDALAR,YERLİBAZSLAR KLANLAR ..HƏR ŞEY VƏZİFƏ PUL VAR DÖVLƏT ONLAR ÜÇÜNDÜR.QALANLARI DA QUL KİMİ İŞLƏDİRLƏR. ƏDALƏTSİZLİK ÖLKƏDƏ BAŞ ALIB GEDİR.BUNUN BİR SONU OLACAQ YA YOX.

Gündüz 2019-03-12 17:01:09

Bu da kadr seçimi!Ata Məhkəmə sədri,oğul polisdə vəzifədə.

Son yazılar