AZƏRBAYCANDAKI BANK SOYĞUNÇULUĞUNUN ŞOK STATİSTİKASI VƏ... - Neft Fondunun milyardlarından kimlər yararlanır?

"Dövlət Neft Fondu 2018-ci ildə yeni anti-rekorda imza atıb və bununla da sözün həqiqi mənasında şok yaşadıb. 38,5 milyard dollarlıq maliyyə vəsaitlərinin idarəçiliyindən Dövlət Neft Fondu vur-tut 0,35% gəlir əldə edib! Belə yerdə deyiblər ki, aldım qoz-verdim qoz!..."

"AzPolitika.info"-nun məlumatına görə, bunları iqtisadçı alim Nemət Əliyev "facebook" səhifəsindən paylaşdığı yazıda yazır.

N.Əliyev daha sonra qeyd edir ki, bu gəlirlilik səviyyəsi son 14 ilin ən pis göstəricisidir: "0,35%-lik gəlir cəmi-cümlətanı 181 milyon manat və ya Mərkəzi Bankın hazırkı rəsmi məzənnəsi ilə çevirsək, 106,5 milyon dollar deməkdir. Belə çıxır ki, Neft Fondunun xarici ölkələrdə saxladığı milyardların hər 1000 dolları il ərzində vur-tut 4 manat 70 qəpik və ya 2 dollar 77 sent gəlir gətirib. Heç şübhə etmirəm, sizlər də şübhə etməyin ki, bu dərəcədə ucuz faizlərlə pul əldə etmək imkanı olsaydı, bir xalq kimi dünyanın ən varlı xalqları sırasında yer tuta bilərdik (mətləbdən uzaqlaşmadan deyim ki, belə bir imkanın millətimizin əlindən alınması səbəbləri haqqında düşünməyi çox vacib sayıram)".

İqtisadçı alimin sözlərinə görə, Neft Fondunun gəlirlilik səviyyəsi heç əvvəlki illərdə də diqqətçəkən olmayıb və hər cür tənqidə hədəf gəlib: "İllik gəlirlilik səviyyəsi 2017-ci ildə 1,88%, 2016-cı ildə 1,92%, 2015-ci ildə 1,24%, 2011-ci ildə 0,83%, 2010-cu ildə 0,99% və s olub. Bu faizlər Azərbaycan banklarının Azərbaycanda tətbiq elədiyi faiz dərəcələri ilə müqayisədə bir heçdir. Fondun 2018-ci ildə göstərdiyi nəticədən isə danışmağına dəymir.

Nəticə çıxarmaq baxımından ibrətamizdir ki, çökmüş vəziyyətdə olan Azərbaycan bankları idarə elədikləri 7,4 milyard dollarlıq kredit resursları ilə 2018-ci ildə Azərbaycan müştərilərinin canından 1 milyard 753 milyon manat faiz gəliri çıxarıb. Başqa sözlə desək, 5 dəfə az resursla 9,7 dəfə çox gəlir götürə bilib batmış banklarımız. Elə isə çökmüş banklarımızın yerli müştərilərin canından çıxardığını 26 mərtəbəli göydələn tikələn Neft Fondumuz, niyə əcnəbi müştərilərin cibindən çıxara bilməyib? Dünyanın maliyyə bazarlarında maliyyə resurslarının qiymətləri bahadırsa, Fond niyə qazana bilməyib o bahalıqdan? Yox, əgər bu dərəcədə ucuzluqdursa, o zaman bahalı pul siyasətinin təsirindən beli bükülmüş vətəndaşlarımıza o ucuz maliyyə vəsaitlərindən niyə pay düşməyib?"

Qeyd edək ki, göstərilən faktlar Azərbaycandakı bank soyğunçuluğunun dəhşətli mənzərəsini göz önünə qoyur. Neft Fondu 38,5 milyard dollarlıq maliyyə vəsaitindən cəmi 106,5 milyon dollar gəlir əldə edib, banklarımız isə 7,4 milyardla 1,75 milyard gəlir əldə ediblər. Yəni, xaricilər Azərbaycan neftinin pulu ilə ucuz kreditlər hesabına  iqtisadiyyatlarını inkişaf etdirdikləri halda, bizin hökumət kredit faizləri maksimuma çatdırıb və ya bunu seyr etməklə məşğul olub. Bu gün ölkədə yaranmış vəziyyətin başlıca səbəblərindən biri də məhz oliqarxların bankları vasitəsilə həyata keçirdikləri soyğunçu siyasətdir. Bu siyasət sahibkarları ölkədən didərgin salıb, vətəndaşın belini büküb... Nəticə göz qabağındadır, əlavə şərhə ehtiyac yoxdur!

Murad

AzPolitika.info

635x100

Şərhlər

Obyektiv 2019-03-13 11:02:12

Kash ki, bu "bankfasonlar" bizde hec achilmayaydi! iLLerdi ancaq ("bed quvve" kimi) camaatin qecdine durublar, maddi ve menevi-psixoloji istiqametLerLe esl acgoz hucumLarLara kechibLer..biraz verdiyi puLLari da (naxal %-LerLe) insanLarin burunLarindan getirdiLer!!! Hansi ki, deqiq arahdiran olsaydi, insanLar o puLLari choxdan qaytarmishdiLar.. Bashqa olkeLerde de bankLar vardi de, oraLarda niye beLe oLmurdu?! 1-ci maLiyye-bank xidmetLeri kasib ve orta tebeqenin geLirLeri iLe uygun oLmaLiydi..

Yengibar 2019-03-13 11:02:12

Yengibar Shureviyə- xahiş edirəm mənim brendimdən istifadə etməyəsiniz. İkincisi, bir gün eşitsəniz ki, həmin o fond da Beynəlxalq Bank kimi boş imiş, təəccüblənməyin!Bu qədər sadə.

EWDER, 2019-03-13 11:02:12

BU ANALOQU OLMAYAN HOKUMETIMIZDEN COOOXX,ANALOQU OLMAYAN WEYLER EWIDIB,BILECEKSINIZ...NAQILLAR DAVAM EDIR,SARAKAZI CANI...

yusif 2019-03-13 11:02:12

vay-vay gor ne gunlere qaldiq

Yengibar Shurevi 2019-03-13 11:02:12

Demokratiya susub-susdurmaq deyil? Ister Siyasi-herbi Qarabag, isterse Servet-Mulk ve digger Iqtisadi munasibetler umumxalq muzakiresinden kecseydiler coxdan musbet hellerini tapardilar. Buna Partiya ve Dovlet vetosu tekce Azerbaycani deyil, butun MDBni yeni Sosialist Inqilabina surukleyir??? Gorun, orta savadli Turkiye nece siyasi mubarize aparir.

Son yazılar