ABŞ-ın “Delta” qrupu İŞİD-ə qarşı əməliyyat keçirib - Video

ABŞ-ın “Delta” qrupu öldürülən jurnalisti azad etmək üçün əməliyyat keçiribmiş – “The Telegraph”

ABŞ İŞİD terrorçularının başını kəsərək qətlə yetirdiyi jurnalist Ceyms Folini girovluqdan azad etmək üçün əməliyyat keçirsə də, istəyinə nail olmayıb. APA TV-nin məlumatına görə, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb. Məlumata əsasən, ABŞ jurnalisti xilas etmək üçün “Delta” xüsusi təyinatlı birləşməsinin 20 nəfərlik qrupunu iyulda Suriyaya göndərib. Jurnalistin saxlandığı güman edilən Ukayrişa kəndi əvvəlcə havadan bombalanıb, daha sonra “Delta” qrupu İordaniya xüsusi təyinatlıları ilə birlikdə “Black Hawk” vertolyotları ilə əraziyə endirilib. Lakin kommandolar jurnalisti güman edilən yerdə tapa bilməyiblər. Daha sonra əraziyə gələn İŞİD terrorçuları ilə “Delta” arasında üç saata yaxın davam edən atışma olub. Bir xüsusi təyinatlı və iki iordaniyalı yaralanıb, yaralıları götürən “Delta” qrupu vertolyotlarla ərazini tərk edib. Qəzetə açıqlama verən mənbə Ceyms Folinin doğrudan da Ukayrişa kəndində saxlandığını, lakin əməliyyatdan 24 saat əvvəl yerinin dəyişdirildiyini bildirib.

İŞİD terrorçuları bir neçə gün əvvəl başını kəsərək qətlə yetirdikləri jurnalistin ailəsinə yazdığı son məktubu yayımlayıblar. Foli məktubunda İŞİD-in onu azad etmək üçün ABŞ-la danışığa getdiyini, lakin danışıqların nəticəsiz qaldığını yazır. Onun sözlərinə görə, terrorçular ABŞ-dan külli miqdarda pul və həbsxanada saxlanan “Əl-Qaida” terrorçusu doktor Afia Siddiqinin azadlığa buraxılmasını istəyiblər, lakin Vaşinqton “onsuz da öldürməyəcəklər” məntiqi ilə bu təklifi rədd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar