İlham Əliyev Poroşenkonu təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın milli bayramı - Müstəqillik günü münasibətilə bu ölkənin prezidenti Pyotr Poroşenkoya təbrik ünvanlayıb.

APA-nın xəbərinə görə, təbrik məktubunda Azərbaycan ilə Ukraynanı ənənəvi möhkəm dostluq və sıx əməkdaşlıq münasibətlərinin birləşdirdiyi vurğulanıb:

“Ümidvaram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq bu ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi, əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar