Kiyevdə Rusiyaya qarşı aksiya keçirilib

Kiyev şəhərində yardım karvanının Ukraynaya icazəsiz daxil olması pislənib.

“Beynəlxalq Humanitar Yardım” adı altında Rusiyanın icazəsiz olaraq Ukrayna ərazisinə daxil olmasını beynəlxalq hüquq müstəvisində ölkə suverenliyinin pozulması kimi qiymətləndirilib.

Paytaxt Kiyevdə onlarla şəhər sakini Rusiya benzininin satılmasına qarşı çıxaraq, yerli yanacaq doldurma məntəqəsinə hücum edib. Rusiyanın ikinci ən iri neft şirkətinə məxsus məntəqə önünə toplaşan maskalı şəxslər Rusiya yanacağını boykot etməyə çağırıblar. Ukrayna münaqişəsi başlanandan, paytaxtda əksər ukraynalılar Rusiya məhsullarını almamağa, onların restoran və kafelərində yemək yeməməyə qərar verib. (ans)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar