RUSİYANIN NEFT NƏHƏNGİ BÖHRAN ƏRƏFƏSİNDƏ – Şirkət Kremldən 42 milyard dollar istədi

Qərbin Moskva əleyhinə tətbiq etdiyi sanksiyalar fonunda Rusiyanın neft nəhəngi olan ”Rosneft” şirkəti götürdüyü böyük kreditləri ödəmək üçün pul axtarır. Son ayda “Rosneft”in vəziyyətinin nə cür pisləşməsini qiymətləndirən neft məsələləri üzrə analitik Filip Verleqer güman edir ki, gələn ilin borclarını ödəmək üçün şirkətin əlavə olaraq 10 milyard dollara ehtiyacı yaranıb. Bu barədə ABŞ-ın “Quartz” qəzeti məlumat verir.

Məlumata görə, pul çatışmamazlığının bilavasitə səbəbi iki İsveçrə neft treyder (neft məhsullarının alış-verişi ilə məşğul olan) şirkətinin “Rosneft”ə təzyiq etməsi ilə əlaqədardır. Bu tarixçənin kökü “Rosneft”in keçən il “BP” ilə dörd rus oliqarxının müştərək şırkəti olan və Rusiyada bazalaşmış “TNK-BP”-nin alınması sövdələşməsinə xərclədiyi 55 milyard dollarla bağlıdır. Bu əməliyyat “Rosneft”i dünyanın ən iri neft çıxaran şikətlərindən birinə çevirdi. Hal-hazırda isə beynəlxalq arenada güclülər sırasında qalmaq və həm də ki, borclarını qapamaq üçün “Rosneft” 40 milyard dollar axtarmaq məcburiyyətində qalıb.

“Rosneft”-in böyük kreditorları içərisinə dünyanın iki iri neft-treyder şirkəti “Vitol” və “Glencore”də daxildir. Bu iki şirkət müştərək şəkildə beş il müddətinə gündə 280 min barrel neft müqabilində avans olaraq “Rosneftə” 10 milyard dollar pul ödəyibdir. Lakin 14 iyul tarixində ABŞ və Avropa digər Rusiya şirkətlərinə olduğu kimi, “Rosneftə” qarşı da sanksiya tətbiq edib. Bu sanksiyaya əsasən, 90 gün müddətində Rusiya firmalarına kredit verilməsinə qadağa qoyulub. ”Rosneft”in rəhbəri İqor Seçin bəyan edib ki, bu şirkətə ziyan vurmayacaq, ona görə ki, ”Vitol” və “Glencore”-in verdiyi avanslar da daxil olmaqla, hesabda 20 milyard dollar var. Seçin iddia edir ki, bu “Rosneft”in 2015-ci ilin axırında ödəməli olduğu borclar üçün yetərli məbləğdir. Lakin bütün bunlara baxmayaraq düz bir aydan sonra - 14 avqustda Seçin ictimaiyyətə də açıq olan şəkildə Kremldən 42 milyard dollar kredit verməsini xahiş edib. Onun sözlərinə görə, sanksiyalar şəraitində şirkətin müdafiəyə ehtiyacı var.

Verleqerin fikrinə görə, “Rosneft” bərk qorxuya düşüb. Analitik deyir ki, çox güman ki, ”Vitol” və “Glencore” öz haqlarından istifadə edərək krediti ləğv edib, verdikləri pulu geri istəyə bilər. Bəllidir ki, verilən kreditin özü sanksiyaya məruz qalmayacaq. Ona görə ki, ”Rosneft” ilə müqavilə keçən il bağlanılıb və sanksiyalar isə yalnız gələcəkdə kredit verilməsi ilə əlaqədar sövdələşmələrə şamil ediləcək. Ancaq Verleqerin fikrinə görə “Vital” və “Glencore” hadisələrin gedişini müşahidə edərək belə qənaətə gəliblər ki, yeni sanksiyalar onların pulunu təhlükəyə atır.

Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar