Meyvə-tərəvəzin qiyməti qalxdı - Video

Satıcılar hesab edir ki, fermerlər istehsal etdiyi məhsulları yerli bazara çıxartmaqda maraqlı deyil

Son günlər ölkədə meyvə və tərəvəzin qiyməti artıb.

ANS TV-nin məlumatına görə, paytaxt bazarlarında apardığımız müşahidələr zamanı meyvə və tərəvəzi qiymətindəki artımın şahidi olduq. Belə ki, ötən ay pomidorun qiyməti 30-40 qəpik arasında dəyişirdisə, hal hazırda 1 kiloqram pomidor 80 qəpik və 1 manat arası satılır. Artım qarpız, yemiş, badımcan, bibər, kartof, soğan və eləcə də mövsümə uyğun meyvələrində qiymətində müşahidə olunur. Satıcılar isə qiymət artımına səbəb kimi fermerlərin istehsal etdiyi məhsulların yerli bazara çıxartmaqda maraqlı olmadığını bildirir.

Ekspetlərin fikrincə, Rusiya hökuməti Avropa ölkələrindən gələn meyvə və tərəvəz məhsullarına qoyduğu qadağadan sonra, ölkədə yaranan tələbatı ödəmək üçün Azərbaycan və ona yaxın olan ölkələrdən məhsullar gətirilir. Bu səbəbdən də ölkədə meyvə və tərəvəzin qiymətində artım müşahidə olunur.

Bir neçə gün əvvəl jurnalistlərə müsahibəsində kənd təsərrüfatı naziri Heydər Əsədov Rusiyaya idxalın artması ilə bağlı daxildə meyvə-tərəvəzin qiymətinin artması məsələsinə aydınlıq gətirmişdi. Nazir bunun təbii iqtisadi proses olduğunu bildirsə də məsələnin müsbət tərəfinin daha çox olduğunu qeyd edib.

Bununla yanaşı nazir əhalini xaricdən gətirilən və keyfiyyətinə şübhə olan məhsulları almamağa, beləliklə də onlara tələbat yaratmamağa çağırıb.

Heydər Əsədov Rusiyada keçirilən görüşlərdə ixraca mane olan məsələlərin həll edilməsi üçün danışıqlar apardıqlarını, süni maneələrin aradan qaldırılacağını bildirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar