"Azercell" tələbələrə uğurlu karyera qurmaqda yardımçı olur
Fəaliyyəti boyunca daim tələbələrə dəstək olmaq məqsədilə müxtəlif proqramlar keçirən və karyera sərgilərində iştirak edən “Azercell Telekom” MMC növbəti dəfə tələbələ uğurlu karyera qurmaqda yardımçı olub. Şirkət Bakı Ali Neft Məktəbi (BANM) və ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin birgə təşkil etdiyi 2-ci “Karyera sərgisi”ndə iştirak edib. Əmək bazarında fəaliyyət göstərən aparıcı qurumların və yüzlərlə gəncin qatıldığı sərgidə Azercell-in İnsan Qaynaqları departamentinin mütəxəssisləri işə qəbul olmaq istəyən məzun və tələbələrin suallarını cavablayıb, şirkətdə mövcud olan vakansiyalar, xüsusi olaraq tələbələr üçün keçirilən Tələbə Təqaüd Proqramı və Təcrübə Proqramları barədə geniş məlumat təqdim ediblər.
Daima gənclərin inkişafına yönəldilmiş layihələri ilə seçilən Azercell şirkəti bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcək.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.