“KİM BİLİR, BƏLKƏ...” – Tədqiqatçı Süleyman Rüstəmin heç kimə məlum olmayan hekayəsini tapıb

Şerimizin çoxəsrlik tarixində Süleyman Rüstəmin xüsusi və əhəmiyyətli yeri vardır. Bu da təsadüfi deyil. Bütün ömrü boyu yaradıcılğını şeirə həsr edən şair bir novator kimi Azərbaycan ədəbiyyatında xüsusi yeri var. Lakin biz onun çox şaxəli yaradıcılığına müraciət etmək fikirindən uzağıq. Məqsədimiz böyük şairin uzun illər nəinki dəyərli oxucularına, onun tədqiqatçılarına, hətta ailəsinə məlum olmayan gənclik illərində qələmə aldığı hekayə haqqında söz aşmaqdır.

İşimlə əlaqədar arxiv sənədlərlə tanış olanda şairin şəxsi fondunda gənclik həyatından bəhs edən “Kim bilir, bəlkə...” adlı hekayəsi diqqətimi cəlb etdi. Əsər “Maarif və mədəniyyət” jurnalının 1927-ci ilin 1-2 sayında çap olunsa da, illər ötdükcə unudulmuşdu. S.Rüstəm yaradıcılığına müraciət edən tədqiqatçılar bu əsərin mövcudluğundan söhbət açmamış, hətta şairin özü belə bu hekayənin varlığından məlumat verməmişdir. Bunun nəticəsidir ki, illər ötdükcə gənclik illərinin məhsulu olan hekayə hafizələrdən silinmiş, hətta müəllif də üzə çıxartmağı məqsədəuyğun saymamışdı.

Əsər bir gəncin həyat hekayəsindən söhbət açır. Ali təhsil almaq üçün kənddən şəhərə üz tutmuş bu gənc sənədlərini universitetə verir. Müvəffəqiyyətlə imtahanları başa vurur. Gənc tələbəlik illərində universtetin işlərində fəallıq göstərir və tez bir zamanda müəllim və tələbə kollektivinin dərin rəğbətini qazanır...

Lakin bu şöhrət uzun sürmür və ilk dəfə ürək qızdığı, dərin məhəbbətlə sevdiyi bir qızın təsirinə düşür, getdikcə tələbələr arasında nüfuzunu itirir və nəticədə həyatı faciə ilə nəticələnir.

Hekayənin maraqla qarşılanacağını nəzərə alıb, onu ərəb əlifbasından latın qrafikasına çevirib Oxucuların ixtiyarına veririk.

Aslan Kənan

KİM BİLİR, BƏLKƏ...

(Gənclik həyatından alınmış hekayə)

“L” kəndinin məktəb şurası Rzanı və bir neçə çalışqan tələbəni mərkəzə göndərməyə qərara aldı. Rza Bakıya getmədən əvvəl müəllimi Lütfi yanına çağırıb, ona nəsihət etməyə başladı: “Rza, sən kənddə böyümüş, tərbiyə almış bir gəncsən. Burada kimsən yox, evsizsən, şura hökuməti olmasaydı bəlkə sən indi də onun-bunun qapısında dilənəcəkdin. Sən ancaq şuralar hökuməti sayəsində bu vaxtadək yaşamış, oxumuşsan. Mən yaxşı bilirəm ki, sənin ürəyin ləkəsiz bir aynadır. Sən çalışmalısan ki, o ləkəsiz aynaya ləkə düşməsin. Hələ sən həyatın yaxşısını, yamanını görüb dadmamışsın. Sən, indi bu təbii gözəlliklər qoynunda böyümüş sadiq bir gənc ikən buradan ayrılıb istehsalat, elm və ürfan ocağı olan Bakıya gedirsən, komsomolsan deyilmi?! Hər bir komsomol həyatda mühüm rollar oynamalıdır. Məncə dünya bir səhnə, həyat bir əsər, insanlar isə aktyordurlar.

Sən də bir aktyorsan, fəqət süni rollar ifa edən bir aktyor deyil, daha doğrusu öz əməkçi sinfinin bir aktyorusan, rolunu unutmamalısan. Yaşadığın kənd başqa, şəhər isə bambaşqadır.

Orada kelebek (kəpənək) olmamaq lazım. Orada təhlükəli işlərdən çəkinməlisən. “Şirin” sözlərə inanıb hər kəsə könül vermə, xüsusən bir çox gənc qızların zahiri görünüşlərinə aldanıb onlara bir eşq kəsilmə, süzgün bir baxış, incə bir təbəssüm səni aldadır, hətta uçurumlara belə yuvarlada bilir. Sən bu təbii gözəlliklər və sadəliklər içində böyümüşsən, deyilmi, fəqət şəhər böylə deyildir. Orada təntənə, dəbdəbə var. Orada dürlü-dürlü eşq səhifələri vərəqlənir.

Saqın eşq, sevda bağçasında gəzən, o bağçada ətir qoxulu güllər yerinə, zəhərli qaratikanlar bulasın. Və çox sürməz ki, gəncliyinin baharı xəzan olub gedər. Həyatın zəhərlənər. Hamı səndən üz çevirər, bədbinləşərsin. Öz yaşamağından bezər, ölməyi arzu edərsən.

Fəqət mən görüb, hiss edirəm ki, sən, qayət zəkisən, gələcəyin böyük və parlaqdır. Unutma ki, sən inqilabçı bir sinfin üzvüsən. Önündə bir çox vəzifələr durmuşdur. Sənin sinfin əli qabarlılardan ibarətdir. Sosializma qurmaq üçün can atan bir cəmiyyətin fərdi olduğundan həman üzülsən də bir təməl daşı atmalısan, Rza! Gözlərin neçin doldu?

Bilirəm sevindiyindən ağlayırsan, müəlliminə söz ver ki, dediyim sözlərə əməl edəcəksən”.

Rza gözləri yaş dolu müəlliminin əllərindən tutdu və öpdü. “Dediklərinizi əsla unutmayacağam” dedi.

Lütfinin də gözləri yaşarmışdı. Son dəfə olaraq sevimli tələbəsinin alnına busələr qoyaraq “Yaxşı yol, qalib ol, oğlum”, dedi. Rza ağır addımlarla müəllimindən ayrıldı.

Sübh yelləri xəfif-xəfif əsirdi. Quşlar civildəşirdilər. Çobanlar qapı-qapı gəzib mal-qaranı otlağa aparmaq üçün bir araya toplayırdılar. Tüklü köpəklər böyük bir qürurla çobanları təqib edirdilər. Bütün mövcudat uyqudan oyanmışdı. Hətta bahar töhfəsi lalələr və başqa güllər səhər yellərinin incə səsinə ayılıb gülümsəməkdə idilər. Qızlar çiyinlərində səhənglər bulaq başına gedirdilər. Köylülər xırmanda çalışırdılar. Al-əlvan zər qanadlı kələbəklər güldən-gülə qonmaqda idilər.

Köyün yaxınlığındakı təpədə otlayan qoyun-quzular ümumiyyətlə bu canlı lövhələri daha da zənginləşdirmişdi. Otlağa aparılan qoyun-quzuların mələməsi, qaramalın böyürtüsü kəndə səs-küy salmışdı. Sərçələr dəstə-dəstə evlərin qabağındakı peyinlərin üzərinə tökülüb eşələyirdilər. Gecənin dərin və ölü sükutundan ayılmış bu kənddə bir başqalıq nəzərə çarpırdı. Hər şeydə bir incəlik, bir şairanəlik vardı.

Təbiətin insanı bayıltmaq dərəcəsinə gətirən gözəllikləri aşıb-daşırkən, Rza Bakıya getməyə hazırlaşırdı.

O bir neçə ay tez gedirdi ki, daxil olacağı məktəbin imtahanlarına şəhərdə hazırlansın.

Çantasını qapıb həyətdən bayıra çıxdı. Yoldaşları onu dövrəyə almışlardı. Onlardan bəzisi gülür, bəzisi də Rzadan ayrılacaqlarına çox qüssəli idilər. Kəndin kənarına yetişdilər. Rza yoldaşlarından könülsüz ayrılırdı. Onlarla öpüşdü. “Məktublaşarız” deyib yola düşdü. Yoldaşları gözləri ilə Rzanı təqib edərək ona yaylıq yellədirdilər, artıq Rza görünməyirdi.

O, kənddən çox uzaqda idi.

***

İki ildir ki, Rza şəhər məktəbində təhsilə davam edir. Bununla bərabər o, komsomol işlərində qayət ciddi iştirak etdiyindən böyük nüfuz qazanmışdır. Hər yerdə Rzanın aktyorluğundan bəhs edilir.

Komsomol özəklərində seçkilər gedirdi. Rza bulunan özəyin katibi olduqca zəif bir hesabat verdi. Rzanın özək daxilində diribaş və çalışqan bir üzv olduğunu görən dairə komitəsi üzvləri onu məsul katibliyə namizəd verdilər. Ümumi iclas bir səslə Rzanı özlərinə məsul katib qəbul etdilər.

Artıq özək div addımlar ilə irəliləməyə üz tutdu. Xüsusən özəyin təbliğat işləri çox canlandı. Bitərəflər özəyə girmək üçün can atmağa başladılar. Müəllimlər və bitərəflər arasında böyük nüfuz qazandı. Rza məktəbdəki bəzi qarafikirli müəllim və tələbələrlə kəskin məfkurəvi mübarizəyə girişdi. Hətta riyaziyyat müəllimi Akif sinifdə turançılıqdan bəhs edərkən Rza ona kökdən balta çalırdı.

Rzanın gözəl rəhbərliyinin nəticəsidir ki, özək şəhər dairəsində birinciliyi qazana bildi. Rza hər kəs tərəfindən gülər üzlə qarşılanır və söyləyirdilər. İştə Rza özəkdə böylə bir dəyişiklik yapdı.

“Q” məktəbinin müsamirəsi olduqca təntənəli keçdi. Salon və karidor dolu idi. Rza da burada idi. Bu vaxtdan kimsə Rzanı qızlarla qonuşan və gəzən görməmişdi. Fəqət o, bəzən ona gülər üz göstərən qızlara baxmaqdan çəkinməzdi. Rza ilə tanış olmaq istəyən bir çox qızlar vardı ki, onlar buna müvəffəq ola bilməmişdilər. Bu gecəki müsamirədə isə qızlardan bir qaçı Rzaya göz-qaş atırdılar. Bunların arasında olduqca gözəl bir qız vardı ki, Rza özünü onun ardınca baxmamaqdan saxlaya bilmədi. Sanki könlü o qızın ardınca örpəyi kimi sürünmək istəyirdi. O andan eşq, sevda nə olduğunu düşünməyin və düşünmək belə arzu etməyin Rza bu gecə başqa bir hal almışdı. O gecənin alihəsini görür-görməz dərindən ah çəkmişdi. Ahın nə olduğunu bəlkə özü də bilmirdi.

Tamaşa salonunda ikən Rza səhnədə deyilən sözləri eşitmirdi. O, dərin bir fikrə dalmışdı. Bir azdan sonra ayağa qalxdı. Yoldaş Şəmsini bulub məsələni ona açdı.

Şəmsi bərkdən qəh-qəh çalıb “Canım, sən doğrudan aşiq olmuşsan ki... vay sənin canına ki, can! O mənim əlimdə, bu saat səni onunla tanış edərəm. Həlimə doğrudan da sevimli bir qızdır” dedi. On dəqiqə sonra Şəmsi Rzaya bağlaşıb “Tanış olunuz, Həlimə. Bu da yoldaşım Rza” dedi.

Bu iki kəlmənin bir dəfə söylənilməsi iki ürək arasında bir eşq körpüsü tikdi. Rza od kimi isti əlləri ilə Həlimənin incə əllərini sıxdı. O, ilk dəfə idi ki, qadın əli sıxırdı.

Həlimə Rzanı məhcub etmişdi. Bir neçə dəfə görüşüb danışdılar. Rza yavaş-yavaş işdən soyuyur və dərslərə baxa bilmirdi. O yalnız Həlimə ilə məşğuldu. Həlimə ona göydən enmiş mələk misalında görünürdü. Müəllimi Lətifənin sözləri çoxdan büsbütün unudulub getmişdi. Bəzən dərsləri, iclasları tərk edib “Kommunist” küçəsində dörd gözlə Həlimənin yolunu gözlədi. Sevgilisini ta evlərinin qapısından ötürərdi. Hətta Rza qafiyə düzməyə başlamışdı. Eşq onu müvəqqəti aşiqlər sırasına salmışdı. Rza özək katibi olduğu halda əvvəlki kimi fəaliyyət göstərə bilmirdi. Çağrılmış mühüm iclaslara getmədiyindən ona töhmət verdilər. Hər tərəfdən çox sevilən Rza artıq indi Hamının nəzərindən düşmüş kimi idi.

O, yalnız Həliməni sevir və onun eşqilə yaşayır. Həlimə də süzgün baxışlarla sanki Rzaya “səni sevirəm” deyirdi. Onun şux gülüşləri, süzgün və mənalı baxışları Rzanı sərsəm kimi etmişdi. Bir neçə ay boylə gəlib keçdi. Rza eşqini qıza söyləmək üçün bir vasitə, bir yer axtarırdı. Məktəblərdə məşğuliyyətlər bitmək üzrə olduğundan tələbələr tərəfindən gözəl müsamirələr tərtib verilməkdə idi. Mayın birində yenə də məktəbdə müsamirə vardı. Rza özünə bəzək verib müsamirəyə getdi. Həliməyi buldu. Karidordakı cərəyana qapılıb gəzməyə başladılar.

Artıq Rza sevincindən nə edəcəyini bilməyir. O, Həliməyi sevdiyi kimi Həlimə də onu sevirdi, hətta Həliməgilə gedib gəlirdi. Onunla bir yerdə rəsimlərini belə aldırmışlardı. Bir gecə bulunmazdı ki, Rza Həlimə ilə bulvarda görüşməsin. Digər tərəfə gəldikdə, o komsomol işlərindən çox uzaqlaşmış idi. Sanki vaxtilə komsomollar arasındakı fəaliyyəti sayəsində birinci rol oynayan Rza bu Rza deyilmiş. Rzanın özəkdə çalışmadığını şəhər dairə komitəsinə bildilər. İkinci dəfə ona töhmət verilərək məsul katiblik vəzifəsindən çıxarıb, başqa (kiçik) vəzifəyə təyin etdilər. Bu gün Rza özünü itirdi. Gecəsi rahat yata bilmədi. O, öz-özünə düşünürdü. Əvvəllərdə özək üzvləri tərəfindən alqışlara nail olduğu halda indi neçin yoldaşlarının nifrətinə mucib olmuş. Töhmət və vəzifədən kənar olmaq məsələsi ona olduqca ağır zərbə vurmuşdu. Rza buna davam edə bilməzdi. Odur ki əvvəlki kimi ciddi fəaliyyətə başlayaraq komsomolların hüsnü-rəğbətini qazandı. İndi hər kəs Rzanın yeniləşdiyini, əvvəlki doğru istiqamətini bulduğunu söyləyir. O böylə gözəl mövqe tutmağa başlarkən qarşısına yenə də böyük bir məmanət çıxdı. O da Həlimənin ona qarşı soyuqqanlılıq göstərməsi idi. Həlimənin başqa gənclərlə gəzməsi, gülüb danışması onu yaxıb qovurur, hətta çocuq kimi ağladırdı belə. Sevdiyi Həlimə əvvəlki deyil. Onun yüzü başqa rənglər almış, Rzanı gördükdə özünü görməməzliyə qoyub keçir. Bu Rza üçün zəhərdən daha acı idi. Bu hal kənd yavrusunu çox düşündürürdü. Vücudu birdən-birə titrədi. Yadına onu pək çox sevən sevgili müəllimi Lütfinin sözləri gəldi. Təəssüf ki, o bu sözlərin təhlililə çalışırkən qarşısında Həlimənin insanı bayıltmaq dərəcəsinə gətirdən gülər yüzü görünür kimi oldu. Sanki Həlimə ona “get artıq, mən səni sevmirəm” deyirdi. Rza dayanamadı, yüzü üstə çarpayının üzərinə yıxıldı. Ağladı, sızladı. Lakin bundan nə çıxar. Qalxdı, əlləri əsə-əsə qələm və kağızı alıb Həliməyə böylə bir məktub yazdı. “İlk baharımın çiçəyi, həyatımın amalı və sönməz qəndili Həliməciyim!

Mən ilk tərbiyəni kənddə aldım. Öksüz bir çocuqdım. Onun-bunun əlinə göz dikərdim. O zaman bir gülər yüz görmədim nə isə... Sonra mərhəmətli bir əl məni bu müşkül haldan xilas edib, məni məktəb ağuşuna atdı. Bu andan başlayaraq həyatımın qönçələri gülümsəməyə başladı. Qəm nə, ələm nə bilməzdim. Artıq mənim üzümü səadət yelləri oxşayırdı. Hər kəs məni sevər, mənə qarşı hörmət bəslərdi. Nəhayət, təhsilə davam üçün kənddən buraya göndərildim. Ox... kənddə keçirdiyim məsumanə həyatı unutmam. Xüsusən mənə atalıq edən müəllimi. Mən buraya gəlirkən o mənə bir çox sözlər söylədi. Mən isə o sözləri çox tez unutdum. Unudulmağa səbəb siz, yenə siz oldunuz. Əvət, sizə təsadüf etdiyim anda o kəskin və mənalı sözlər mənim üçün bir heç oldu. Sizi dəlicəsinə sevdim. Siz də mənə “sizi sevirəm” söylədiniz, deyilmi?

İnkar da edə bilərsiniz. Fəqət unutmayınız ki, o sözlər mənim ürəyimdə gül açmışdır. O sizin eşqinizdir. Onu qoparsam həyatım itəcək. Siz bunu məndən iyi bilməlisiniz. Xatirinizdə olsa gərək ki, sizinlə bir neçə ay xoş və gözəl günlər keçirdik. Sizin bu sonki səmimiyyətsizliyiniz və mənim ucu-bucağı bulunmayan dəli eşqim bir qəm treni olmuş ki, onun da çarxları mən zavallıyam və o trenin makinaçısı isə sizsiniz. Söyləyiniz, bu tren səadətəmi, yoxsa fəlakətəmi doğru gedir? Həlimə, siz nə etmək istəyirsiniz? Sözlərimə inanınız. Sizi sönməz bir eşq ilə sevirəm. Neçin mənə yabançıya baxar kimi baxırsınız, Həliməciyim, qəlbiniz daşmıdır? Ürəyinizdə mərhəmət denilən şey yoxmudur? Bərabər gəzdiyiniz gənclər bilərmisiniz kimlərdir? Onların tərbiyəsizliyinin dərəcəsi o qədərdir ki, qələmim yazmaqdan böylə çəkinir. Məsələ bəllidir. Artıq nə yazım. Söylə, söylə bizim səmimi adlandırılan eşqimiz nə oldu? Unutma ki, vəhşi bir adada qalmış insan vətənindən həyəcan içində xəbər bəklədiyi kimi, mən də sizdən məktubumun cavabını gözləyirəm. Bəlkə sizin yazacağınız cavab məni bu iztirab və əndişədən xilas etdi. Yalvarıram cavab yazınız.

Hörmətlə, sizin Rza”.

Həlimə Rzanın məktubuna cavab olaraq böylə bir şey yazıb göndərdi: “Yarın bizə gəliniz və o zaman ətraflı qonuşar, məsələni həll edəriz.

Həlimə”.

Zavallı Rza Həlimədən aldığı cavabı bir neçə dəfə oxudu. Ürəyindən ələmlər aşıb-daşdığından bağçaya çıxdı. Rzanı bu halda görənlər həqiqətən tanımazdılar. Zira o, baharın ilk çağında saralıb solmuş bir yaprağa bənzəyirdi. Rzanın kənddə yaxın bir adamı olmadığından yayı da pansionda qalacaqdı. Öz özəklərindən putyovka alıb başqa istehsalat özəyinə getməsi lazımdı. Lakin iclaslarda az iştirak etdiyindən özəyin son iclasında olmamış və putyovka da ala bilməmişdi. Özək katibini bağçada görür-görməz ona nə deyəcəyini düşündü. Katib Rzaya yaklaşıb dedi:

- Rza! Böylə olmaz ki, sən böylə edəndən sonra başqalarında heç günah görməməliyiz. Sən bizim fəal üzvümüzsən.

- Heç sorma, yoldaşım, çünki bu saət mən kim və nə olduğumu da bilmirəm. Artıq mənim qəndilim sönmək üzrədir. Onu yandıracaq bir kimsə yox.

- Ox, həyatda böylə məğlubiyyəti heç gözləməzdim. Nə edəyim ki...

- Bu, uşaqlıq oldu, Rza. Sən ki, sağlam düşüncəli bir gəncsən. Necə oldu da Həlimə kimi yırtıcı dişi bir qaplanı tanıya bilmədin. O, səni pəncəsində didib atdı, Rza! Sən onu unutmalısan. O deyil, bir tək səni, əvət, bir çoxlarını sənin kimi sevmiş, qoxlamış, sonra da ayaqlar altına atmışdır. Bunu bil, dəli fikirlərə qərq olma, onu tərk et. Bunlar hamısı həyat dərsləridir.

- Yox, sən də məni düşünməmişsən. Nə edəyim ki, o mənim özümlə deyildir. Artıq bəsdir. Bu sözləri bir yana buraxalım. Mənə başqa bir özəyə getmək üçün putyovka vermənizi rica edərəm.

- Çox gözəl.

Özək katibi Rzanın əllərini sıxıb ayrıldı.

****

Axşam saat doqquz idi. İnsan dalğaları bulvarı öz qucağına almışdı. İskamyalarda oturan gənclərin bir çoxu önlərindən keçən qızları diqqətlə süzürlərdi. Dəstə keçən qızlar da ağaclar altındakı iskamyalarda oturmuş gəncləri göz qırpmaq və dodaq büzmək ilə qarşılayırdılar. Könüllərin bəzisi qan ağlayır, bəzisi də sevinclərlə çırpınırdı. Hava olduqca isti idi. İstinin şiddətindən bir çoxları bulvardan çıxmada idilər. Ağcaqanadlar da öz fəaliyyətlərində davam edirdilər. Sancmamış bir ayaq buraxmayırdılar.

Dənizin də başqa bir aləmi vardı. Ağ buludlar arasından tülu etmiş gümüş dodaqlı ay öz gümüş pullarını dənizə səpmişdi. Hərdənbir dənizdə çıxıb oynadığından sonra buludlar arasında qurulanmağa gedirdi. Yıldızların sayını insan əqlinə sığışdıramayırdı. Sahildəki qayıqçılar müştəri səsləyirdilər. Yelkənli gəmilərin bəzilərində zurna, bəzilərində isə qarmon da çalınırdı. Bəzən də avar çəkməkdə olan qızlar sevgililəri tərəfindən üzərlərinə su sıçradılırkən qopardıqları şən qəhqəhələr musiqi səslərinə üstün gəlirdi. Uzaqda Lenin fabrikasının göz qırpan elektrik lampalarının işıqları nəzərə çarpırdı. Bayıl tərəfdəki neft buruqları da öz kirliliklərinə baxmayaraq böyük iftixar ilə başını səmaya qaldırmışdı. Yan tərəfdə isə öz keçmişi ilə fəxr eləyən, beli bükülmüş, dalğın-dalğın dənizə nəzər salan, sanki öz mazisini xatırlayan Qız Qalası dururdu.

Bunlarla bərabər Rza da bulvarın qaranlıq bir guşəsində olduqca qəmgin oturmuşdu. O, bulvardakı sevinci, həyatı görmürdü. Çuxurlaşmış gözləri insan dalğaları arasında birini arayır və o bir kəsi görmək eşqi ilə çırpınırdı. Rza birdən-birə titrədi. O, Həliməyi görmüşdü. Həlimə tək deyildi. Yanında şıx bir gənc bulunurdu. Söhbət edərək Rzanın önündən keçirdilər. Rzanın vücudunu atəş istila etdi. Yanında oturmuş iki gənc nəzərləri ilə Həliməni təqib etdilər.

Biri:

- Tanıdınmı?

- Yox!

- Xanım Həlimədir də.

- Doğurdan bu omu?

- Əvət, o özüdür. Nə qədər də gözəlləşmiş.

Rza vücudu əsə-əsə gəncləri dinləyirdi.

İkinci gənc:

- Doğrusu, əvvəl tanımadım.

- Bəs sizin sevginiz nə oldu? Sən də ona vurulanlardan biri deyilmidin?

- Ox, yenə də məni keçmişin bir çox qara səhifələrini vərəqləməyə məcbur edirsən. O özünə sevgili tapdı. O məsələdə pək mahirdir. Mənim bu solğun dodaqlarım onun yalnız ilk və son atəşli busəsinin şahidi olaraq yaşayır. O mənimlə bir ay sürmüşdü. Mən onu bütün varlığımla sevirdim. Nədənsə bəndən də yüz çevirdi. Məktub yazdım. Məktubuma cavab olaraq bir çox uydurmalar yazdı. Eşitdiyimə görə indi Rza adlı bir gənclə sevişməkdədir. Mən Rzanı tanımıram. Lakin yenə də o gənc yazıqdır. Ona çox acıyıram. Zira Həlimə çiçəkdən çiçəyə qonan bir kələbəkdir ki, hər yeni açılmış çiçəkləri xoşlamaq eşqi ilə yaşayır. Onun eşqi boylə nəfəs almaqdadır.

- Nəcdət, odur bax yenə önümüzdən keçəcək. Nə kimi fəna xasiyyətə malik olmuş olsa, yenə də sevimli və şairanə bir çöhrəyə malikdir. Doğurdan gözəldir.

- Bax, nasıl gülür.

- Xatirimi istərsənsə mənim sağalmaqda olan yaramın közünü qoparma.

Rza özünə gəlmiş kimi oldu. Üzündən tər axırdı. Yanındakı gəncləri çox diqqətlə süzdükdən sonra qalxıb pansiona gəldi. Fəqət yanındakı gənclərin söylədikləri sözlər onun qulağında hələ sanki bu məna kimi patlayırdı. Həliməyi unutmağa qərar verdi. Lakin bu mümkünmüdü?

Rza gecəyi yata bilmədi. Cocuqlar kimi hönkür-hönkür ağlayırdı. “Ox”, dedi:

- Səadət nə qədər yaxın idi. Lakin indi o məndən əl erişməz. Yıldızlar qədər uzaqdır.

Hətta Rzanın başında intihar məsələsi dolaşırdı.

****

Səhər oldu. Rza bir yerə getmədi. Odasında düşünür, düşünürdü. Saat beşədək böylə keçdi. Nəhayət, əsasını alıb yorğun addımlarla Həliməgilə doğru getdi. Onların qapısı önünə nə zaman yetişdiyini belə duymadı. Həlimənin olduğu bu bina Rzanı bir mıqnatıs kimi özünə çəkib gətirmişdi. Titrəyə-titrəyə nərdivanları dırmanıb qapının zəngini çaldı. Qapıya Həlimə çıxdı. Soyuqqanlıqla onu içəriyə aldı. İlk sözü Rza başladı:

- Həlimə, məni nə səbəbə evə çağırdınız?

- Çağırdım ki, bilim siz mənə nə demək istəyirsiniz: Zira məktubunuzda bir çox mənasız sözlər vardı.

- Nə, mənasız sözlərmi vardı?

- Əvət, vardı. Vəfasız. Bilməm, eşq daha bilməm nələr, nələr. Bir yıqin mənasız kəlmə.

- Doğrudur. Dediyiniz sözlər, kəlmələr vardı. Fəqət insafən söyləyiniz, o sözlər mənasızmıdır? Onları yazmaqda haqsızlıqmı etmişəm? Bir düşününüz. Siz məni aldatdınız. Məni bir oyuncaq yerinə qoydunuz. İndi isə başqalarını sevmək, oynatmaq, ağlatmaq, zəhərləmək eşqi ilə çırpınırsınız. Pəs bizim əməllərimiz, eşqimiz nə oldu, onlar vaxtsız solmayamı məhkum idi? Xatirinizdə olsa gərək ki, birlikdə rəsmimizi aldırırım, sizin əllərinizdə gül dəstəsi vardı. Mən sənə, “Həlimə! Qorxuram ki, bizim yeni çiçəklər açmağa başlamış eşqimiz bu güllər kimi tez solsun” demişdim. Siz o zaman cavab olaraq “Rza! Boylə fəna və çürük fikirləri başından at” demişdiniz.

İndi baxınız. Mənim söylədiklərim nə qədər doğru çıxdı. Siz yalan söyləmişsiniz, yalan.

- Rza, fikrinizdə yanılırsınız. Mən müqəssir deyiləm. Siz mənim sevgili qardaşımsınız. Mən sizə heç eşq bağlamamışam. Sizi yalnız özümə səmimi qardaş kimi qəbul edib sevmişəm. Sevirəm də. Siz isə məni başqa cür düşünmüşsünüz.

- Qardaş kimimi? Mən sizi başqa cürmü düşünmüşəm. Ox, nə deyəyim ki, daş qəlbinizə əsər etsin. Siz yalandan don geyib atəşdən də masqa taxmışsınız. Sizə yaxlaşmaq ölümdür. Ölüm!

Rzanın gözləri həlqələndi. Onu bu halda görənlər sürüyə hücuma hazırlaşan bir qurddan seçməzdilər. Hirsindən dodaqlarını gəmirirdi. Bütün vücudunu atəş istila etmişdi. Dənizə açılı pəncərəyə yaxlaşdı. Sanki nəzərləri uzaq üfüqlərdə bir şeylər arayırmış kimi idi. Həlimə Rzanın hərəkətlərini gözaltı süzərək önündəki çiçəklərin yapraqlarını yolurdu. O bundan zövq alırdı. Həlimə deyil, yalnız bu dilsiz çiçəklərin, hətta bir çox gənclərin həyatını böylə soldurub atmış və axırda acı qəhqəhələr çalmaqdan ləzzət almışdı. İndi qarşısında uşaq kimi ağlayan gəncə bir az da olsun acımırdı. Bəlkə də onun yalvarışından, içindən yanıb sızlamasından xoşlanırdı.

Rza bir şeyi qət etmiş kimi üzünü Həliməyə doğru tutub yenə də sözə başladı:

- Həlimə, rica edirəm söyləyiniz. Görüm aldatdığınız, həyatını zəhərlədiyiniz gənclərin mən neçəncisiyəm. Yalvarıram. Rica edirəm söyləyiniz.

- ...

- Neçin sükut edirsiniz? Aynaya bir göz gəzdiriniz. Baxınız üzünüz nasıl dəyişdi. Rənginiz qaçdı. Off... Afət... Yırtıcı qaplan!

Rzanın əsəbiliyi şiddətləşdi. Dodaqları yapraq kimi əsirdi. Bu anda nəzəri tavana dikildi. Həlimə ilə keçirdiyi xoş dəqiqələri, saatları, günləri bir sinema lentası kimi gözünün önündən keçirdi. Həlimə də pəncərə qarşısında durub yanmaqda olan günəşi seyr edirdi. Sanki qürubun gözəlliyi ilə bəhs etmək istəyirdi. Rzanın isə çöhrəsində bir başqalıq peyda oldu. Rəngi büsbütün dəyişdi. Özü ilə gətirdiyi revolveri cibindən çıxardı və tam ürəyinin başından sıxdı.

Evdə bütün bir gurultu qopdu. Həlimə Rzanı yerə sərilmiş görüb bihuş yerə yıxıldı. Ev xəlqi və qonşular Rzanın intihar etdiyi otağa doldular. Rza çoxdan ölmüşdü. Günəş belə Həlimənin bu xislətindən həya edərək öz vərəmli tellərini dağların dalına çəkirdi.

Evi bir matəm sükutu və havası bürüdü.

İştə səfalı kənddən çıxıb sıtmalı şəhər ağuşuna atılan təcrübəsiz bir gəncin sonu.

Rzanın cənazəsi məzarıstana doğru aparılırkən Həlimə öz odasında bir gənc tərəfindən göndərilmiş aşiqanə bir məktubu oxumaqla məşğuldu. Məktubun sonuncu sətirləri bu sözləri havi idi: “Həlimə! Mən sizi ta bir ildir ki, pak və səmimi bir eşqlə sevirəm. Lakin sizin Rza ilə gəzməniz mənim eşqimi solğun güllərə bənzətdi. İndi isə Rza arada yoxdur. Eşitdiyimə görə siz Rzanı rədd etdiyinizdən o, intihar etmişdir.

İndi məni yaxıb qovuran bir məsələ vardır: Deyirlər ki, Tofiq adlı bir gənc sizi dəlicəsinə sevir. Sizin də onu sevdiyinizi eşitdim. Zira mən sizi varlığımla sevirəm.

Ümidvaram ki, mənim də Rzanın halına düşməyimə səbəb olmazsınız.

Həlimə, bildiriniz görüm. Tofiqi sevirdinizmi, bu məsələ məni dəli edər. Cavabınızı bəkləyirəm.

Sizi sevən Nahid”.

Həlimə məktubu oxuyub bitirdikdən sonra yüksəkdən bir qəhqəhə çaldı. Sonra qələmi alıb Nahidə böylə bir şey yazdı: “Kim bilir, bəlkə...”

S.Rüstəm

1927-ci il, “Maarif və mədəniyyət” jurnalı №1-2

Səhifə 18-21.

DƏİA, f.453, siyahı2, saxlama vahidi 1.

635x100

Şərhlər

Araz 2019-03-14 10:00:53

Yazı tipik sovet üslubunda yazılıb. Maraqlısı isə 1927 ci ildə Azərbaycan dilinin Türk dilinə nə qədər yaxın olduğunu və zəngin olduğunu göstərməsidir.Fars-Ərəb sözlərinin və ya bunların eybəcər sintezinin müasir Ana dilimizi nə günə saldığı açıq hiss olunur.Buna görədir ki artıq ucqar kəndlərdə belə uje,prosto,poçti,davay sözləri olmadan danışa bilmirlər.Bizim ermənisifət "dilçi" alimlərimizin gözəl dilimizi nə günə qoyduqlarını bu hekayə vasitəsi ilə anlamaq olar.

t.ədalət 2019-03-14 10:00:53

Bu hekayəni,yaxşı olar ki,Türk dilinə qənim kəsilən erməni xislətlilər də oxusun.Əsərdə çox sayda müasir Türk dilində işlədilən mübarək sözlər var.Deməli,sovet dövründə bizi Türkiyədən aralı salmaq istəyən erməniləşmiş alimlərimiz dilimizdəki bəzi sözləri tədricən bizdən aralı salmış,tar aləti kimi əlimizdən almağa çalışmışlar.S.Rüqstəm kimi proletar bir şairin hekayədə türk dilindəki sözlərdən bədii çələng hörməsi,Türkiyəyə ögeylik edən "Həm ticarət,həm də ziyarət" əsərini yazanlara da "yaxşı hədiyyə"dir.

Son yazılar


Новости

Обзор на EPOS GTW 270 Hybrid

Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price