Ərdoğanın andiçməsində Azərbaycandan kim iştirak edəcək?

Türkiyənin yeni seçilmiş 12-ci prezidenti Rəcəb Tayyip Ərdoğanın andiçmə mərasimində 14 ölkə prezidenti, 8 baş nazir və çoxlu sayda qonaq iştirak edəcək. Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.

Tədbirdə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov, Benin prezidenti Tomas Boni Yayi, Ukrayna prezidenti Petro Poroşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Toqo prezidenti Faure Essozimna Qnassinqbe, Qətər əmiri Tamim Ben Hamad Əl-Tani, Bolqarıstan prezidenti Rosen Plevneliyev, Moldova prezidenti Nikolay Timofti, Makedoniya prezidenti Qeorqe İvanov, Albaniya prezidenti Buyor Nişani, Somali prezidenti Həsən Mahmud, Kosova prezidenti Atifete Yahyaqa, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu və Efiopiya prezidenti Mulatu Teshome Virtu iştirak edəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Pakistanın baş naziri Nəvaz Şərif də tədbirə qatılacaqlar.

ABŞ-dan andiçmə mərasimində iştirak edəcək nümayəndənin adının sonradan açıqlanacağı bildirilir. Çin Xalq Respublikası da xüsusi nümayəndəylə mərasimdə iştirak edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar