ABŞ Senatı Səudiyyə koalisiyasına yardımın dayandırılmasına dair qətnamə qəbul edib

Dərc olunub: 14/03/2019 - 11:12

7bfb7b39-c87c-46ad-890a-d9becbd35ef4ABŞ Konqressinin Senatı Yəməndə “Ənsər Allah” üsyançılarına qarşı vuruşan Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya yardımın dayandırılmasına dair qətnaməni təsdiqləyib.

ONA TASS-a istinadən xəbər verir ki, səsvermə canlı olaraq “C-SPAN” telekanalında nümayiş etdirilib.

Qətnamə müstəqil senator Berni Sanders, respublikaçı senator Mayk Li, demokrat senator Kris Mörfi və bir qrup demokrat konqresmen tərəfindən Konqresin hər iki palatasına təqdim edilib.

Bildirilir ki, 54 senator qətnamənin leyhinə, 46-sı isə əleyhinə səs verib. Qətnamənin qəbul edilməsi üçün adi səs çoxluğu tələb olunurdu.

Qeyd edək ki, qətnamə Konqresin aşağı palatasına qayıtmalıdır və onun təsdiqlənəcəyi təqdirdə, ABŞ prezidenti Donald Trampın onu imzalamaq üçün 30 gün vaxtı olacaq.










loading...


Fikrinizi bildirin