“Bir neçə il öncə Bayıl yamacının bir hissəsi müvəffəqiyyətlə bərpa edilib” – Nazir

Dərc olunub: 14/03/2019 - 12:58

425c8a157ab40b8“Badamdar və Bayıl sürüşmə sahələrində tədqiqat işləri aparılması üçün Yaponiyadan mütəxəssislər dəvət olunub. Bu ərazilərdə tədqiqat üçün quyular qazılır”.

ONA-nın xəbərinə görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazir qeyd edib ki, bir neçə il öncə Bayıl yamacının bir hissəsi müvəffəqiyyətlə bərpa edilib, hazırda Zığ, Əhmədli, Bayıl sürüşmə sahələrində mütəxəssislər tədqiqat işləri aparır: “Tədqiqatlar bitdikdən sonra həmin ərazilərlə bağlı yekun qərar veriləcək”.








loading...


Fikrinizi bildirin