OQTAY ƏSƏDOV İNADLA SUSUR, SÖZÇÜSÜ "DANIŞDI" -  Üzrü qəbahətindən betər oldu... 

Bir neçə gündür ki, Rusiya polisinin Moskvada, Bakı küçəsi – 29 ünvanında yerləşən obyektdə keçirdiyi əməliyyatla bağlı media orqanları xəbərlər tirajlayır.

Həmin obyektin Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun ailəsinə məxsus olmasına dair iddialar var.

Moskva polisinin Narkotik Nəzarəti İdarəsinin əməkdaşlarının əməliyyat keçirdiyi qeyd olunan ünvanda “Kapriz” adlı sauna-striptiz klub yerləşır.

Klubun spikerin həyat yoldaşı Zemfira Əsədovanın adına rəsmiləşdirildiyi iddia edilir. Bu barədə təqdim olunan sənədlər sosial şəbəkələrdə, KİV-lərdə yayılıb.

Sənədlərdə klubun təsisçisi kimi göstərilən “Arizarum Qrup” MMC-nin təsisçisi də elə Zemfira Əsədovadır. Lakin artıq qeyd etdiyimiz kimi, belə rüsvayçı, Azərbaycan dövlətini və xalqını aşağılayan xəbər və iddialarla bağlı Azərbaycan Milli Məclisinin sədri 1 həftədən artıqdır ki, inadla susur, bu biabırçı məlumatları nə təkzib, nə də hansısa formada aydınlaşdırmağa cəhd edir. Eynilə, Milli Məclisin mətbuat xidməti də susqunluq nümayiş etdirir.

"AzPolitika.info"nun məlumatına görə, nəhayət, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məsələyə münasibət bildirib - əgər buna münasibət demək olarsa. O, "Yeni Müsavat" qəzetinə qısaca deyib ki, ittihamlar kökündən yanlışdır və "sosial şəbəkələrdə hər yayılan yalana" reaksiya verməyə ehtiyac görmür.

Fikrimizcə, hörmətli A.Təvəkküloğlu belə qaçaraq, ürkək və şübhələri daha da dərinləşdirən təkzib cəhdindənsə, heç danışmasa daha yaxşı idi. Hər halda Azərbaycan parlamentinin sədrinin Rusiya kimi bizə, yumşaq desək, yaxşı münasibət bəsləməyən bir ölkənin paytaxtında 10 milyonluq obyektdə striptiz klub işlətməsi xəbərini "sosial şəbəkədə hər yayılan yalan" adlandırmaq, bu xalqı ələ salmaqdan başqa bir şey deyil. Belə yerdə deyirlər ki, üzrü qəbahətindən betər oldu!

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

XX-1-dən murada 2019-03-14 14:09:24

Ermənilərlə məşğul istəyən aidiyyəti orqanlar 1933-cü ildə ləğv olundu. Orada işləyənləri tutub damlatdırdı. Ondan sonra qalan və yaradılan mütün idarələr, komitələr, MMC-lar və s., və i. hamısı erməninin dostu və qohumu, azərbaycanlıların isə düşmənidirlər.

murad 2019-03-14 14:09:24

ARIZARUM ERMENI SÖZÜDÜR MENASI ZENG EDƏCƏYƏM DEMƏKDİR.MEHTUD MEHSULİYYETLİ CEMİYYETİN ADİNİN ARİZARUM SECİLMESİ SIRADAN OLAN BİR İŞ DEYİL. BU İŞDƏ ERMENİLERLƏ ƏLBİRLİK ƏLAMƏTLƏTLƏRİ OLDUQU AYDIN HİSS OLUNUR. AYDİYYATI ORQANLARIN GÜCÜ ÇATIRSA BUYURUB ARAŞDIRSINLAR.ÇOXLU METLEBLERİN ÜSTÜ AÇILACAQ.

Aruz xan 2019-03-14 14:09:24

Azərbaycan dövlətinin xarici işllər nazirliyində bəzi keçmişdə ...qadınlar və qızlar çalışır. ....

Əjdər-ə 2019-03-14 14:09:24

Sarkazi daha Fransanın prezidenti deyil.O adi biznesmendir.Bu nə gəl-ha gəəl,get-ha getdir?Bir də axı Fransa Ermənistanın yanındadır,yəni onları müdafiə edir.

Bashirov Qarib 2019-03-14 14:09:24

Şeyxuislamın xususi-xidməti təyyarəsinə 2ton şərab yukləyib dini konfransa gedənlərin əxlaqına ictimai təpki olmadı.(yaxşı ki, cənab prezident bu əxlaqsızlıgı qiymətləndirərək akademiki qovdu).....Sauna-striptiz klubunda narkotika və fahişələrin olması da..... normaldır.Mən deyərdim ki,bu adamların deputatlara rəhbərlik etməsi də tam normaldır.......

EJDER 2019-03-14 14:09:24

BRAVO ,MOLODES...STRIPTIZ ...MARAQLIDI.BALIQ,BAW SOHBETIDI,ANALOQU OLMAYAN HOKUMETIMIZIN, ANALOQU OLMAYAN IDARE ETMESIDI.HARADA ...VAR HOKUMETDE TEMSIL OLNUB,GULMELIDI.ULUONDERIN DANLAYIB,QOVDUQU TUMBETUNLER ,,WEREF,,WOHRET ORDENLI, MEDALLI INKIWAF EDIRLER,QOHUM EQRABALARI ILE...NAQIL DFANIWIR...HA HA HA,WIROKO WAQAYET AZEBIJAN...SARAKAZI CANI

Vətəndaş 2019-03-14 14:09:24

Bu hal hakiiyyətin kimlərdən ibarət olduğunu və məqsədlərinin nə olduğunu aydın şəkildə ortaya çıxardığı faktlardan biridir.Digər faktlar Ziya və Fazil Məmmədovlar,İbrahimovlar,Müslümov, Hadı Rəcəbov və digərlərinin mənimsədikləri, özəlləşdirdikləri,ölkədən çıxardıqları vəsaitlərlə tam sübuta yetirildiyinə hakimiyyətin diqqət yetirməməsi ölkə üçün olduqca ziyanlı nəticələr verəcəyinin xəbərçisidir.Belə analoqu olmayan hallara hquq mühafizə orqanlaının reaksiya verməməsi isə daha təhlükəlidir.

Əli 2019-03-14 14:09:24

Deməli mən belə başa düşürəm ki millətdən xəlvət pul qazanmaqdan ötəri bunları hec bir daxılı qüvvə saxlamır hara kimi desən alçala bilirlər təki pul gəlsin.Bu nə yarışdır kim bunların qarşısın alacaq? Bunlar millət qarşısında tutduğu vəzifəyə görə məhsuliyyət hiss edirlərmi görəsən?Yoxsa bu varlanmaq hərisliyi bunların gözünü kor edib artıq.Bu vəzifələri tutanlar oz tərbiyəsi əxlaqı ilə nümunə olmalıdırlar axə milləti sizlə tanıyırlar.İndi bu millətə necə baxacaqlar? Utanırsan hec?Spikeri belə Abeli elə

ZINEDDIN ZIDAN 2019-03-14 14:09:24

sozun qurtardigi yerdir! ... bir damcida olsun milli qururu olan birisi hemen istefa vermisdi,ammasida varki burasi AZERBAYCANDI! bu kisi vezife ranqina gore hokumetin 4.cu en yuksek vezifelisidi,milli meclisin iclaslarini azdan coxdan izleyenler bilirki bu esedov ozunude hamidan basbilen sayan birisidir! MENCE ARTIQ SERHE EHTIYAC YOXDU! VAY AZERBAYCAN! GOR BIZLERI KIMLER IDARE EDIR!

Biçarə 2019-03-14 14:09:24

Biçarə mətbuat katibi neyləsin? Allaha Təvəkkül deyibən “Arizarum Qrup”un sahibinin kaprizinə dözməlidir. Yoxsa adamı Kaprizində striptiz edərlər.

Seymur 2019-03-14 14:09:24

Cox pis biyabirciliq bu adam bize ne oyredecek .... tecili vezifesinxen isteyfa vermelidi Azerbaycana lekedi

Son yazılar