“Daha rahat gömrüyə malik olmalıyıq” - İranlı nazir

“Azərbaycan və İran hava nəqliyyatı sahəsində əlaqələri genişləndirməlidir”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-İran biznes-forumunda qonşu ölkənin iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd deyib.

Bundan başqa, onmun sözlərinə görə, iki ölkə maliyyə sahəsində də səmərəli əməkdaşlıq edə bilər: “Biz elmi və icra bacarıqlarına malikik. Müxtəlif sahələrdə hüquqi sənədlər imzalamaqla maliyyə sahəsində ideyalar irəli sürə bilərik”, - deyə o, qeyd edib.

İranlı nazir gömrük sahəsində münasibətlərə də toxunub: “Biz modern, daha fərqli və rahat gömrüyə malik olmalıyıq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar