Azərbaycanın şahmat millisi dünya çempionatını qələbə ilə başa vurub

Dərc olunub: 14/03/2019 - 13:55

c375d7a8-1cb6-4859-ad57-dfd77fb22d72Qazaxıstanın paytaxtı Astanadakı şahmat üzrə komandalararası dünya çempionatında son turun görüşləri keçirilir.

“Report”un məlumatına görə, kişilərin yarışında mübarizə aparan Azərbaycan millisi IX turda Misirlə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb – 2,5:1,5.

Yığmanın heyətindəki Qədir Hüseynov rəqibini məğlub edib. Digər şahmatçılar görüşlərini heç-heçə ilə başa vurub.

8 turdan sonra turnir cədvəlinə 14 xalla başçılıq edən Rusiya millisi vaxtından əvvəl dünya çempionluğunu təmin edib.

8-ci xalını qazanan Azərbaycan yığması isə hələlik mundialda İranla 6-7-ci yerləri bölüşdürür. Qonşu ölkənin ABŞ-la oyunu davam edir. Hələlik Rusiya – Hindistan, İngiltərə – İsveç, Qazaxıstan – Çin görüşləri də başa çatmayıb.

Dünya çempionatı, IX tur

Azərbaycan – Misir – 2,5:1,5

Arkadi Naydiç – Bassem Amin – 0,5:0,5

Rauf Məmmədov – Əhməd Ədli – 0,5:0,5

Qədir Hüseynov – Adam Fevzi – 1:0

Eltac Səfərli – Abdulrəhman Heşam – 0,5:0,5










loading...


Fikrinizi bildirin