Rusiya “Boeing 737 Max” üçün hava məkanını bağlayıb

Dərc olunub: 14/03/2019 - 15:54

fee100cc-8a37-4031-ac04-1892949375baRusiyanın hava məkanında “Boeing 737 MAX” təyyarələrinin uçuşları xüsusi göstərişə qədər qadağan edilib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya”nın rəhbəri Aleksandr Neradko bildirib.

Xatırladaq ki, martın 10-da göyərtəsində 149 sərnişin və 8 ekipaj üzvü olan “Ethiopian Airlines” aviaşirkətinin “Boeing 737 MAX” təyyarəsi qəzaya uğrayıb.

Qeyd edək ki, Avropa İttifaqı ölkələri də daxil olmaqla bir sıra ölkələr “Boeing 737 MAX 8″ və “Boeing 737-9 MAX” təyyarələrinin Aİ hava məkanında uçuşlarını qadağan ediblər.










loading...


Fikrinizi bildirin