Sosial mənzilin tikintisi büdcədən 100 milyon manatı silib

Dərc olunub: 14/03/2019 - 16:14

1552563713Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC-yə 2018-ci ildə sosial mənzilin tikinti layihəsinin reallaşdırılmasına 100 milyon manat ayrlıb. Bu barədə hökumətdən məlumat verilib.

“2018-ci ildə dövlət kapital qoyuluşları çərçivəsində sosial mənzil tikintisi və zəruri infrastrukturun yaradılması məqsədilə dövlət büdcəsindən MİDA-ya 100 mln. manat ayrılıb”, – hökumətdən qeyd olunub.

Bu vəsait 3 istiqamət üzrə sərf olunub.

Xüsusilə, 51 mln. 443,748 min manat Hövsanda yaşayış kompleksinin tikintisi (20 hektar), 44 mln. 921 min 205,29 manat – Yasamal Yaşayış Kompleksinin tkintisi üzrə birinci layihəsi çərçivəsində (11,6 hektar), 3 mln. 635 min 44,65 manat – Yasamal Yaşayış Kompleksinin tkintisi üzrə ikinci layihəsinin layihə-smeta sənədləşmənin hazırlanmasına sərf olunub.

Bundan əlavə, Agentliyin öz vəsaiti hesabına 1,364 mln. manat Bakıda inzibati binanın yenidən qururulmasına yönəldilib. /İnterfaks-Azərbaycan








loading...


Fikrinizi bildirin