Jirinovski Rusiyanın monarxiyaya çevrilməsini istəyir

Partiyasının adında “liberal-demokrat” sözləri olan LDPR sədri Vladmir Jirinovski hesab edir ki, Rusiyada siyasi partiyalar qadağan edilməli və ölkə seçkili monarxiyaya keçməlidir.

Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, Jirinovski deyib ki, “demokratiya və çoxpartiyalılıq zəif dövlətlərə sırınıb”.

“Demokratiya bizi məhv edir. Nə qədər ki, bizdə demokratiya var, sürünəcəyik. Sürünməmək üçün, addımlamaq üçün demokratiyadan aralanmaq və ölkənin imperiya idarə üsuluna keçmək lazımdır”, - deyə o, Ümumrusiya Gənclər Forumundakı çıxışı zamanı söyləyib.

“Bütün partiyalar bağlansın! Qoy monarxiya olsun, ancaq seçkili monarxiya. 5-6 min ən yaxşı adamlar toplaşır və imperatoru seçirlər” - əlavə edib Jirinovski.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar