Fərdi yaşayış evlərinin sənədləşdirilməsinə hazırlıq görülür!

Daşınmaz əmlakın qeydiyyatı sahəsində son illər bir sıra yeniliklər və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı geniş tədbirlər həyata keçirilir. Bununla bağlı “kütləvi çıxarış”, “əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi sosial layihələr reallaşdırılmaqla vətəndaşlara öz ünvanlarında xidmət göstərilir, əmlaklarının qeydiyyata alınması məsələləri təbliğ edilir.

Lakin bir çox hallarda vətəndaşlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda, habelə mühafizə zolaqlarında yaşayış və ya qeyri-yaşayış binaları inşa edilir ki, onların qeydiyyata alınması qanunvericiliklə mümkün olmur və çətinliklər yaranır. Digər tərəfdən vətəndaşlar qeydiyyatla bağlı müvafiq sənədləri olmasına baxmayaraq əmlaklarının qeydiyyata alması ilə bağlı müraciət etmirlər.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda Azərbaycan Respublikasının Prezident Administrasiyasının tapşırığına uyğun olaraq Komitə tərəfindən özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır. Yaxın zamanlarda həmin konsepsiya Azərbaycan Respublikasının Prezident Administrasiyasına təqdim ediləcəkdir.

Eyni zamanda Ölkə başçısının tapşırığına əsasən istismara qəbul edilmiş çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin qeydiyyata alınması sahəsində bilavəsitə ünvanlarda sakinlərin çıxarışlarının verilməsi işlərinə başlanılmış və davam etdirilir.

635x100

Şərhlər

sual 2019-03-14 18:56:35

Cənab Prezident bəlkə də bilmir ki Dovlət reyest Xidmətinin Ərazi Bakı İdarəsinin rəisi Vətənaş Həmrəyliyi Partiyasının sədrinin sürüçüsü olan Zəfər Abdulovdu. Bir necə gün buna qədər hərcənd ki müavin idi amma görürsüz indi pul yığımı vaxti onu rəis etdilər. Bir vaxtlar bu hakimiyətin baçariqsizliğından partiya gənçlər təşkilatının rəhbəri kimi təbliğat aparan bu kəs indi qanuna neçə əməl edəçək hə? Hansı ki bının hec bu sahə üzrə ixtisası belə yoxdu. Nağaracux a?

kasıb 2019-03-14 18:56:35

yani deyirsiniz pulsuz kupça veriləcək...

XİDMƏTDƏN 2019-03-14 18:56:35

TAXTABİTİ İLƏ DƏVƏQUŞUNU ACLIQ ƏLDƏN SALMIŞDI.

Son yazılar