“SPİKERİN AİLƏSİ ACINDAN ÖLMƏLİDİR?!” – Deputatdan striptiz klub xəbərinə qəribə reaksiya

Milli Məclisin deputatı Fəzail Ağamalı spiker Oqtay Əsədovla bağlı yayılan xəbərlərə münasibət bildirib.

“AzPolitika.info”nun məlumatına görə, o, “bizimyol.info” saytına açıqlamasında deyib ki, belə xəbərlər Azərbaycan dövlətini, onun yüksək ranqlı məmurunu gözdən salmaq məqsədi daşıyır:

“Biz bu gün ölkə prezidentinə qarşı Avropadan aparılan tərbiyəsiz, əxlaqsız və ölkədə kifayət qədər nüfuza sahib olan ziyalıların, deputatları adına aparılan total hücumların şahidi oluruq.

Oqtay Əsədov kifayət qədər özünün təmiz imici ilə seçilən, fərqlənən və dövlətçiliyə kifayət qədər xidmətləri olan, cəmiyyətdə də nüfuz sahibi olan bir adamdır və hazırda ona qarşı belə çirkin kampaniya aparılır. Bununla bərabər Rusiyanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarına tövsiyə edir ki, Azərbaycana getməyin. Erməni əsilli Rusiya vətəndaşlarını ölkəyə buraxmamaq Azərbaycanın hüququdur. Biz bilmirik onlar bura nə məqsədlə gəlirlər. Bütün bunlar iki ölkə arasında olan münasibətləri korlamaq məqsədi daşıyır. Ola bilər ki, bu, üçüncü qüvvələrin işidir. Rusiyanın daxilində üçüncü qüvvəyə işləyənlər var. Baxıb görəcəyik bu işlərin axırı necə olur”.

F.Ağamalı deyib ki, Oqtay Əsədovu 25 ildir tanıyır, o, kifayət qədər ciddi və imicini gözləyən adamdır. “Ona böhtan atmaq allahsızlıqdır. Başqa bir tərəfdən Oqtay müəllimin həyat yoldaşı da, övladı da özünə biznes qura bilər, burda nə var ki? Oqtay müəllim spikerdir deyə onun ailəsi acından ölməlidir? Sahibkarlığın nəyi pisdir? Sahibkarlıq iş yeridir, əlavə vergidir. Eyni zamanda, mən tam təminat verirəm ki, Oqtay Əsədov heç bir sahibkarlıqla məşğul deyil. Bunun altından imza atıram. Ona görə də bu tipli informasiyalar təxribat xarakteri daşıyır”.

Qeyd edək ki, O.Əsədov susmaqda davam etsə də, bir başqa deputat – Bəxtiyar Sadıqov da spikerin müdafiəsinə qalxaraq oxşar fikirlər səsləndirib. Lakin daha irəli gedən, göründüyü kimi, F.Ağamalıdır – dövlət, millət adına xəcalət olan xəbər və iddialara o, spikerin həyat yoldaşının, uşaqlarının sahibkarlıqla məşğul olmaq hüququ ilə bəraət qazandırmağa çalışır.

Əlbəttə, onların belə bir hüququ var. Lakin əvvəla, bu sahibkarlıq üçün yatırılan kapitalın mənbəyi göstərilməli, ikincisi isə, sahibkarlıq da sahibkarlıq olmalıdır. Bizə gizli düşmən mövqeyində olan bir ölkədə həyat yoldaşının adına striptiz klub, sauna açmaq sahibkarlıq deyil, XƏCALƏTDİR!

F.Ağamalının O.Əsədovun müdafiəsinə qalxarkən “sahibkarlıq iş yeridir, vergidir” deyə ortaya daşdan keçən “arqument” qoyması isə bir başqa aləmdir. Bir o qalıb iddia etsin ki, spikerin adına çıxılan Moskvadakı bu striptiz klubda işləyənlər də, dincələnlər də özümüzünkülər, yəni Azərbaycan vətəndaşları olub və hətta vergini də Mikayıl müəllimin nazirliyinə ödəyiblər...

Vaqif NƏSİBOV

635x100

Şərhlər

Fəzail-ə 2019-03-14 21:01:22

"Oqtay müəllim spikerdir deyə onun ailəsi acından ölməlidir?". Oqtay m-min ailəsi acından ölməmək üçün Hadi m-m demişkən, o işdən sonra və ya MM-in tətilləri zamanı bənnalıq eləsin, ya da elə Aqil Abbas demişkən soğan satsın. Yoxsa nə bilim vallah adamın dili də yatmır "striptizxana" , "kokainxana"... Özüdə bütün bu "...xana"lar spikerin həyat yoldaşının adına. Biz görmüşdük ki əvvəllər belə rəhbər adamların həyat yoldaşları kitabxana işlədirdilər. Yəqin bu analoqu olmayan inkişafın nəticəsidir. ALLAH betərindən saxlasın. AMİN.

Adi vətəndaş 2019-03-14 21:01:22

Adə Fəzail sən nə ... adamsan. ..

Fikrət Hacıyev 2019-03-14 21:01:22

18 sutkadır aclıq aksiyası keçirirəm. Nə dövlətdən, nə də mətbuatdan bir reaksiya hiss olunmur. Sabah Gəncə Prokurorluğunda aclıq aksiyamı dayandıra bilən qərar qəbul oluna bilər. Əlimdə iki polisin və iki hakimin mütəşəkkil cinayətkar dəstə yaradaraq, günahsız insanları həbs etdirmək sxemini ifşa edən sənəd var. Bu sənədi dünən iki dəfə Gəncə Prokurorluğuna aparsam da, onu qəbul etmədilər. Xahiş edirəm kömək edin ki, bu Novruz bayramını da 2012-ci ildəki 52 sutkalıq aclıq aksiyasıdaki kimi keçirməyim.

Fəzail Ağamalıyevə 2019-03-14 21:01:22

Fəzailin Ana Vətən adlandırdığı partiyanın üzvləri varmı.yoxsa elə Fəzaildən ibarətdir? Axı əgər partiya varsa onun proqramı,məqsədi bəlli olmalı,vətən evladları onun üzvlərini tanımalıdır.Görüşlər keçirilməli,milləti maraqlandıran məsələləri toplum şəklində müzakirə etməli,xalq bunu görməli və eşitməlidir.20-25 il ərzində bir dəfə də olsun səsi eşidilməyən,ortada görünməyən,həiqətdə mövcudluğu hissedilməyən partiya necə mövcud ola bilər? Bu aldatmacalardan Fəzail özü bezmədimi?Bu ayıb deyilmi?

Ayzek 2019-03-14 21:01:22

Fəzailin Şıxlarda acından ölən günləri yadına düşəndə dəli olur.

Millikişi 2019-03-14 21:01:22

Kim nə deyər bizdə olan qeyrətə? Qeyrətimiz bəlli hər millətə! ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN SABİR!!!! Sənin zamanında Qeyrət çox önəmli imiş, bizim epoxamızda Qeyrət$$$$$ dollarlaşıb. Spikerin susqunluğu, sözçüsünün «sözsüz» vəziyyəti, bəzi deputatların canfəşanlığı artıq hər şeyi aydınlığa çıxardı. Bu günə kimi bəziləri deyirdi ki, Qərbi Azərbaycanlılara hücum başlanıb, halbuki, spiker Qafanlı olsa da əslində kürddür. Bu məkan o məkan deyil deyib ort-bas etmək istədilər alınmadı. İndi də guya bu işdə rus barmağı var deyə bir millətvəkili spikerin vəkilliyinə başlayıb. Camaatı axmaq yerinə qoya bilərsiniz, sizlərə nə var ki? Amma cidanı çuvalda gizlədə bilməzsiniz. Bax, faş olunan biabırçı videoda rus mediası və ya inkoqnita 3-cü qüvvələr demir ki, bu striptizxana və oradakı narkotik alveri Azərbaycan MM spikerinə məxsusdur. Fəzailin «məntiqindən» isə belə çıxır ki, Oktay Əsədov ailəsinin ac qalmaması üçün 10 miyon $-lıq ... Bakıdakı uşaq bağçalarından birinin müdiri olan arvadının adına xarici ölkədə açmağa məcbur olduğuna görə, habelə RF və AR arasında münasibətlər korlana bilər deyə hüquqmühafizə orqanları «Kapriz»da reyd keçirməməli idi. Amma operativ əməliyyat-axtarış məlumatlarına görə reyd də keçirilib, əlahəzrət fakt da təsdiqlənib. .. İstefa mədəniyyəti, bizdən fərqli olaraq, mədəni xalqların yaşam tərzinin tərkib hissəsidir.

bisavad 2019-03-14 21:01:22

Möhtərəm deputat millət ailəsini 300-400 manata dolandırır, spigerin maaşı ailəsinə çatmırmı? Deməli acgözlük yuxarıları bürüyüb.

bisavad 2019-03-14 21:01:22

Bəs Bakıdakı klubları hansı "acından ölən" açıb

Ekspert 2019-03-14 21:01:22

Fikir verin:Rusiya televiziyası acıq şəkildə dünyaya bəyan edirki,Azərbaycan respublikası MM-sədrinin oğlu Moskvada striptiz(yəni özünü lüt soyundurub göstərən fahişələr, kişi,ya da qadın)mərkəzi açıb,həm də restoranında da narkotika satırlar.Fəzail müəllim,siz və dosrlarınız azərilərə yox,Rusiya televiziyasına irad bildirsinki,niyə bunu açırsınız. Görünür"torbada pişik var".....Haqlarını ruslara vaxtında çatdırmırlar.İnanın indi Dubayla Moskvanın fərqi yoxdur.Bu yolla pul qazanan ölməlidir.

Müəllim 2019-03-14 21:01:22

Ay bədbəxt qazanda bişən nədir, bilmirsən, elə hey beş-on çömçə də mənə ver deyirsən. ....Yaltaqlıq baş alıb gedir. Məgər Spikerin ailəsi milyardlarla yeməlidir? Axı insanlarımız ayda yüz manat çörəkpulu tap bilmirlər. Haramlarınız olsun!

mahdi 2019-03-14 21:01:22

siz insanları özünüzdəndə mi axmaq sayırsınız?sizin hər addımınız hər sözünüz sizlərin nə əqidə sahibi olduğunuz haqda məlumatdır.əsədovun ailəsi ac qalmamalıdır, deməli deyil millətin vəkili. Desin qörək Azərbaycan kimi bir ölkədə ümumiyətlə acın kasıbın olması nədən xəbər verir?

Sisyanlı 2019-03-14 21:01:22

Ay Fəzi,qatar gedifeee.Əgər arx səni qavağına qatif aparırsa,ona sel deməyi bacar.26 fevralda Mikayılın yanından qofmurdun,gül qoyanda ayağını da taftaladın.Hamı buruya kredit,investisiya dilənirkən nədən gedif pulu oruya yatırtsın ki?Bə sən bilmirsənmi ki,pulu ölkədən çıxarıf qırağa aparanlara münasibət necə olur?Bə sən görmürsənmi ki,xavar hansı saytlarda,hansı incəliklərlə getdi?Deməli belə məsləhətdi.Dinc otur,yoxsa Quskaya şərti verib boşlayarlar volyaya,onda gərək köçəsən Samuxa.Adımızı urvatsız etmə

Secici vetendas 2019-03-14 21:01:22

Diqqetle oxunsa Mudhis elimizde, deputatliqcin formal "Ana Veten" adli ozel partiyanin 1-ci bosu aslinde, MM sedrini ale salmaqla ozunu saflayib. ABS departamentinin qeyd etdiyi kimi qanli Qarabag terrorcularindan baslamis cinayet sifarisi ve bank gosterisleri veranlerin adlari bele hec cekilmir? Bu isde birce suall var-Dogrudanmi MM sedrinin ailesinin ele biznesi varmi ve hangi tarixden? Hamisi reqabet ve uydurma bohran da ola bilir.

zakir 2019-03-14 21:01:22

bu fezail aqa- mali hemise qatiqa qara deyib-. hem de kimese yarinmaq ucun meqam axtarib. Bir defe rehmetlik Elcibeyden Fezail Aqamali haqqinda soz sorusanda suala sualla cavab verdi-kimin mali sorusdu. ....

Samuxlu 2019-03-14 21:01:22

Ay FaZay il mellim yeqin ewdibsen. Axsaq atin da kor nalbendi olar. Oz gunuve agladgin ucun bele deyirsen cunki Samuxda nece dene parnikin var. Hec birinde iwiga qaza gore pul odemirsen hele gunu 10 manata iwleyen fehlenin de pulnu kesib aylarla gozledirsen. Indi isdeyirsen senin bu padxodunu spikerin qudasi olan Samuxun bawcisi Ali Qocayev beyenib senin zibillerini acib agartmasin. Amma gecdir millet sene nifret edir.

Abdulqadir 2019-03-14 21:01:22

Deyirem chox qeribe xalqiq ey.Bütün günü oturub filden qarishqa düzeltmeknen meshguluq.E be neter olmalidir,deyirsiz yani genclere dediyinden olan duputat Hadilar Mosköye gedende istiraheti-keyfini ish saatlarindan sonra sechicilerine tövle tikerek zülmle qazandigi paralarinin vergisini yabanchilara yedirsin?

fikrət 2019-03-14 21:01:22

Ay ..... bunlar necə adamdi .... bir iki atalar məsəli cəkərdim .... bəs miliə ölmür acinda sizi hardan dartib cixardiblar mən inanmiram ki Azəribaycan xalqinda belə adamlar olsun ...İslam qani yoxdu sizdə

azeri 2019-03-14 21:01:22

Hormetli redaksiya,bu geder yazilar,ifshalar heddinde olkenin hugug muhafize organlari susur.Bunlarin bu geder ordusu neye xidmet edir? Ele bil olkede yalniz medal, generallarin sayini durmadan artiran,camaatin bashini 5-10 manat artimla aldadan hokumetimiz var.

Bashirov Qarib 2019-03-14 21:01:22

Fəzail muəllim ,söhbət tutulan narkotikadan,sauna və striptizdən gedir.Rusiyanın bir dövlət kimi nə gunahı var ki,spikeriniz nəinki, musəlmana... yaraşmayan bir əməldə fakt olaraq ifşa olunub.Acından ölməyin bura nə dəxli var.Gunəşlə ..... səhv salma. söhbət burda əxlaqdan gedir.Spikerinizin aldıgı maaşı yeməsə-içməsə 250 il toplasa da o pozgunxananı ala bilməz.Bu,sibirin çöllərində donuz otaran təhsilli və əxlaqlı balalarımın sərvətidir.

AYRİM 2019-03-14 21:01:22

Fəzail qağa səni inandığına and veririk bir suala cavab Milli Məclisdə eləbir deputat varmı ki bizdeslə məşğul olmasın və ya onun sahib olduğu səxsi obyekti olmasın? Rusiyada obyekti olan ən azindan yuzlərlə vəzifəli sxslər vsr və buna görə onlar siyahıya salirlar özlrini ki bizdə variq. Elə götürək nazirləri.Hamisı ozunu gözə soxmağa calışırlar ki Rusiya ilə bağlıdırlar. Sən guya bilmirsən ki qağa? a

t.ədalət 2019-03-14 21:01:22

Bu gün,yəni erməni-rus ordusunun işğalına məruz qaldığımız bir vaxtda spikerin Azərbaycandan kənarda hansısa obyektinin olub-oilmamasından çox nazir vəzifələrinə irəli çəkilmiş arvadı,anası,qaynanası və atalığı erməni olanlardan bəhs etsək,elə bilirəm ki,yerinə düşər.Əraziləri işğal altında qalan ölkədə ermənilərin qohum-əqrəbalarını nazir təyin etməkdən dəhşətli daha nə ola bilər?Biz susduqca ermənilər hakimiyyəti də əlimizdən alacaqlar..

Fəzail Ağamalıyevə 2019-03-14 21:01:22

SPİKERİN MAAŞI ORTA VƏ MİNİMUM ƏMƏK HAQQINDAN NEÇƏ DƏFƏ YÜKSƏK OLDUĞUNDAN fƏZAİL BƏYİN XƏBƏRİ VARMI? bU QƏDƏR MAAŞ ALAN AİLƏ ACINDAN ÖLMƏLİDİRSƏşONDA 230 MANAT PENSİYAÇININ VƏ ORTA ƏMƏK HAQQI ALANIN AİLƏSİ ÇOXDAN ÖLÜBLƏR Kİ!BLƏ DÜŞÜNCƏSİZ ÇIXIŞLARI İLƏ BƏZİ DEPUTATLAR ÖZLƏRİNİN QEYRİ SƏMİMİ OLDUQLARINI VƏ SƏHV YERDƏ OYURDUQLARINI HİSS EDİRLƏRMİ? YAZILANLAR ADRESİ İLƏ DÜZ GÖSTƏRİLDİTYİ,FAKT OLARAQ MÖVCUD OLDUĞU HALDA BELƏ YALTAQLIĞIN MƏQSƏDİ BƏLLİDİR.iNSANIN XİSLƏTİ ÜZƏ ÇIXİR.

Alı 2019-03-14 21:01:22

Bundan sonra 3000 manat deyil 1 manat belə maaş almayan və acından ölməmək üçün Dubaya "gedən" qadınları qınamalıyıqmı? Acından ölməmək üçün striptiz klub açmaq, bu klubda Kolumbiyadan gətirilən "təmiz" kokoin satmaqmı lazımmış? Özüdə vəzifə və səlahiyyət baxımından ölkənin 2-ci şəxsinin ailəsi olaraq.İlahi bunların nəfsi nə vaxt doyacaq? Bu ölkənin qanunlarını yaratmaq görün kimlərə həvalə edilib.Nə vaxta qədər bunlar bu vətəni dunyada rəzil edəcəklər.BƏHANƏYƏ BAXIN-ACINDAN ÖLMƏMƏK ÜÇÜN.TFU,TFU YENƏ TFUUUU

ayzek 2019-03-14 21:01:22

spiker acından ölməsin deyə .... Spiker nə qədər maaş alır ki ailəsi acından ölür? Bəs 180 manat alan biçarələr neyləsin? Gedib .... deputat?!

pensioner 2019-03-14 21:01:22

Saqqal tərpətdi,söz danışdı.Bu da bizim deputat-professorumuz.

Yengibar 2019-03-14 21:01:22

O Surət bunun suratına bir dənə də şillə vursa idi nə olardı...

Pizvan 2019-03-14 21:01:22

Belə bir atalar sözü var...

Dadaş 2019-03-14 21:01:22

BUNLARIN DÜNYA VECİNƏ DEYİL. BUNLARIN NƏ VECİNƏ MİLLƏT TORPAQ VƏTƏN. ÖZ BİZNESLƏRİ FİRMALARI. OBYEKTLƏRİ,BİLLALARI,VAR DÖVLƏT BAŞLARINDAN AŞIR. MİLLƏT İSƏ AC YOXSUL,BORC XƏRC İÇİNDƏ BATIR. ONA GÖRƏ DƏ MİLLƏT XALQ ÖZ SÖZÜNÜ TALANÇILARA OĞRULARA ARTIQ DEMƏLİDİR.

Mirzə AĞ 2019-03-14 21:01:22

Boy, spikerin maaşı ona bəs eləmir, ay Fə-Zayıl?!

İ.Mustafaoğlu 2019-03-14 21:01:22

Dövlət Əmlakının qorunması üçün birinci növbədə SSRİ dönəmində olan yoxlamalar bərpa olunmalıdır.Yoxlamaların dayandırılması, bütün idarələrdə,Səhmdar Cəmiyyətlərdə və digər qurumlarda dövlət əmlakının mənimsənilməsi hallarına gətirib çıxarmışdır. Toplama və çıxma əməliyyatlarını bilən şəxsi,dövlət müəssisəsinə Baş mühasib vəzifəsinə təyin ediblər,nəyə görə öz şəxsi maraqları üçün.... Qanuna nəzarət qanunu hökm sürməli,nəzarət sistemi gücləndirilməli,qanunun aliliyinə riayət etməyənlər qanun qarşısında cəz

Son yazılar