Ağsuda yük maşını su kanalına aşıb, sürücü ölüb - VİDEO

Ağsu rayonunda yol qəzası baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Ərəbmehdibəy kəndində qeydə alınıb.

Belə ki, “Shacman” markalı yük maşını Şirvan kanalı üzərindəki körpüdən keçərkən idarəetmədən çıxaraq kanala aşıb.

Nəticədə sürücü, Kəlbəcər rayon sakini, 1967-ci il təvəllüdlü Mübariz Ağa oğlu Mamedov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar