ABŞ Hindistanda 6 atom elektrik stansiyası tikəcək – İran birini tikəndə...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Hindistanda 6 atom-elektrik stansiyası tikmək barədə bu ölkə ilə saziş imzalayıb.

«Anadolu» agentliyinin Hindistan KİV-ə istinadla xəbər verdiyi kimi, tərəflər qlobal təhlükəsizlik və mülki nüvə enerjisi sahəsində əməkdaşlığı aktivləşdirmək qərarına gəliblər. Onlar həm də «kütləvi qırğın silahlarının yayılmasına imkan verməmək» barədə razılığa gəliblər (maraqlıdır, İran da buna söz verərkən, ABŞ başqa «lambada» çalır).

Hindistan və Birləşmiş Ştatlar nüvə energetikası sahəsində birgə layihələr barədə sazişi hələ 2008-ci ildə imzalayıblar. Hindistan həm də bu sahədə bir sıra digər ölkələrlə, o cümlədən, Rusiya ilə də əməkdaşlıq edir.

Xeyli maraqlıdır, İran bircə atom-elektrik stansiyası tikəndə ABŞ haray çəkib, «saçyoldu»ya çıxırdı, indi özü Hindistanda altısını tikmək niyyətindədir! Deməli, ABŞ-a, Hindistana və ümumiyyətlə, müsəlman olmayan hər bir dövlətə olar, müsəlman ölkəsinə, məsələn, İrana olmaz?!

ABŞ-ın son aylar-günlər Hindistanla sürətlə yaxınlaşması ən azı, bəzi şübhələrə yol açır. Məsələn, bir müddət əvvəl Tramp administrasiyası terrorçuluqla mübarizə məsələsində Pakistana ABŞ-ın vəd etdiyi maliyyə yardımını dayandırandan sonra, qəflətən Pakistan tərəfdən «islamçı terrorçular Hindistanda terror törədirlər». Əvəzində, Hindistan aviasiyası Pakistan Kəşmirini bombalayır! Bundan dərhal sonra, ABŞ-ın Dövlət Departamenti «günahkarlar mütləq cəzalandırılmalıdır» səpkili bəyanatla çıxış edir. Ardınca isə ABŞ bu ölkədə 6 nüvə stansiyası tikəcəyini vəd edir - bütün bunlar nədən xəbər verir?

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar