Cavid Qurbanov vətəndaşı intihar həddinə çatdırdı - Foto

Babək Allahverdiyev “Azəryolservis” ASC-nin işçiləri ilə mübahisə edərkən özünü doğrayıb

Binəqədi rayonu, Yusifzadə küç, 114 ünvanda yaşayan Babək Allahverdiyev özünü doğrayıb. Babək Allahverdiyev onun evini sökməyə cəhd göstərən “Azəryolservis” ASC-nin işçiləri ilə mübahisə edərkən özünü doğrayıb.

B.Allahverdiyevin yaxınlarının Musavat.com-a verdiyi məlumata görə, “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun adamları heç bir əsas olmadan Binəqədi rayonu, Yusifzadə küçəsindəki (Çermet körpüsünün yaxınlığında) evlərin sakinlərinə hər kvadrat metrə görə 900 manat təklif edir: "Deyilənə görə, ərazidə Cavid Qurbanov idman kompleks tikdirir. Cavid Qurbanovun adamları və yaxud qoçuları sakinlərə hədə-qorxu gələrək onları zorla evlərini boşaltmağı tələb edirlər. Həmin adamlar faktiki olaraq dövlət büdcəsini talamaqla məşğuldur. Hər kvadrat metrə görə 1500 manat ayrılsa da, işbazlar sakinlərə 900 manat verərək, hər kvadrat metrdən 600 manat qamarlayır".

Bildirilir ki, sakinlər artıq təngə gəlib. İnsanlar evdə yaşaya-yaşaya evləri başlarına uçurlar. Məhkəmədə Cavid Qurbanov üzərində qələbə çalanların da məhkəmə qərarlarına məhəl qoyulmadan evləri başlarına uçurulur. Əraziyə yeridilən polis qüvvələri də özbaşınalıq edərək insanlara təzyiq edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar