Nobel Sülh Mükafatçısı 16 yaşlı aktivist olacaq

İsveçdə başlatdığı iqlim böhranı ilə mübarizə hərəkatının dünya miqyasında yaymağı bacaran aktivist Qreta Tunberq Nobel Sülh Mükafatına namizəd göstərilib.Publika.az xəbər verir ki, 16 yaşlı təbiət mühafizəçisi ötən ilin avqust ayında iqlim dəyişiklikliyi ilə mübarizəyə diqqət çəkmək üçün tətil başladıb və İsveç Parlamentinin önündə oturaraq dinc aksiya keçirib.

Bu aksiya qısa müddətdə qlobal hərəkata çevrilib. Avropanın bir çox şəhərlərində məktəblilər dərsləri tərk edib iqlim dəyişikliyinə diqqət çəkmək üçün aksiya keçirib. Bununla da Qreta norveçli parlamentarilər tərəfindən Nobel Sülh Mükafatına namizəd göstərilib.

Qeyd edək ki, Qreta “Time” dərgisinin “2018-ci ilin ən yaxşı gəncləri” siyahısına da düşmüşdü. Nobel komitəsi Qretanı seçəcəyi halda, o, bu ünvanı qazanan ən gənc insan olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar