“DEVALVASİYAYA GÖRƏ BİR GECƏDƏ 450 MİLYON QAZANDI...” – Partiya sədrindən Elman Rüstəmova ŞOK ittiham

Sərdar Cəlaloğlunun ittihamları devalvasiya gecəsi baş verənləri yenidən gündəmə gətirdi

2015-ci ildə baş vermiş iki ardıcıl devalvasiyalar əhalinin sosial vəziyyətinin kəskin şəkildə pisləşməsi, biznes mühitinin az qala tamamilə çökməsi, iqtisadiyyata misli görünməmiş ziyan dəyməsilə yanaşı, bu prosesdən külli miqdarda qazanc əldə edənlərin olmasına dair iddialarla da yadda qaldı.

“Beynəlxalq Bank işində” devalvasiyadan istifadə edilərək, külli miqdarda vəsaitin mənimsənilməsinə dair iddialar ortaya atıldı. Mətbuatda da dəfələrlə bu prosesdən sui-istifadə edilməsi haqda konkret ittihamlar yer aldı. Təkcə onu qeyd etmək kifayətdir ki, artıq devalvasiyadan bir müddət əvvəl banklar manatla kredit verməkdən imtina etməyə başlamışdılar. Bu özü bir siqnal idi.

Bu məsələ ilə bağlı daha bir ağır ittiham isə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu tərəfindən səsləndirilib. Musavat.com-un canlı yayımında qonaq olan S.Cəlaloğlu birbaşa ölkə başçısına müraciət edərək, devalvasiyadan 2-3 gün əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmovun böyük miqyasda maxinasiyaya əl atdığını bildirib: “Milli valyutanın devalvasiyasından bir neçə gün qabaq Mərkəzi Bankın sədri 800 milyon pul götürüb, sonradan onu manat kimi qaytarıb, oradan 450 milyon pul qazanıb...”

Daha sonra partiya sədri bildirib ki, devalvasiya baş verən gecə manatın kursu ilə bağlı gecəyarısı iki dəfə kəskin dəyişiklik edilərək, məzənnə əvvəlki vəziyyətə qaytarılıb və bu maxinasiyadan da əlavə olaraq, yüzlərlə milyon vəsait əldə edilib: “İki dəfə gecə yarısı məzənnəni əvvəlki vəziyyətə qaytarıblar, məlum olub ki, həmin gecə bir dəfə 300 milyon, bir dəfə də 500 milyon pul dəyişdirilib...”

Böyük ehtimalla S.Cəlaloğlu yüz milyonlardan danışarkən ABŞ dollarını nəzərdə tutub. Bunları uzun müddət siyasətdə olan, prezidentliyə namizəd olmuş və müəyyən dərəcədə məlumatlı biri kimi tanınan partiya sədrinin söyləməsi kifayət qədər düşündürücüdür. Xatırladaq ki, mətbuatda da E.Rüstəmovun devalvasiya vaxtı maxinasiyalara yol verdiyinə dair məlumatlar yayılmışdı.

Əlbəttə ki, normal hüquqi dövlətdə bu cür ittihamlar, xüsusilə də ictimai yükü olan hansısa siyasətçi tərəfindən səsləndirildikdə mütləq müvafiq qurumlar tərəfindən araşdırılır. İttiham olunan tərəf isə ictimaiyyət qarşısına çıxaraq, həmin ittihamlarla bağlı açıqlama verir – ya onları konkret əsaslarla yalanlayır, ya da qəbul edir.

Ancaq söhbətin Azərbaycandan və özünün şəxsi bankı olduğu bildirilən Mərkəzi Bank sədri Elman Rüstəmovdan getdiyini nəzərə alsaq, bu ittihamlara cavab verilməməsi təbii görünür. Onun dövlət qulluğunda olmasına rəğmən saysız–hesabsız biznes subyektlərinin, bankının olmasına dair məlumatlar dəfələrlə mətbuatda dərc olunsa da, Mərkəzi Bank sədri elə belə də olmalı imiş kimi, bunlara heç bir aydınlıq gətirməyib.

Ancaq bu dəfə söhbət dövlətin iqtisadi əsaslarına yönələn konkret cinayətdən gedir. Onsuz da devalvasiyadan öncə söylədiyi yalanlarla əhali arasında heç də qibtə ediləcək reputasiyaya malik olmayan E.Rüstəmov barədə S.Cəlaloğlunun dedikləri Mərkəzi Bank sədrini sorğu-sual etmək üçün ciddi əsaslar yaradır.

Əgər S.Cəlaloğlunun söylədiklərində həqiqət yükü varsa, vətəndaşda təbii sual meydana gəlir – necə olur ki, devalvasiya oyunu sayəsində bir sutkada üst-üstə 1 milyarddan artıq vəsait saf-çürük edildiyi halda, ondan yalnız 4 il sonra 800 min vətəndaşın kredit borcları problemlərini həll etmək üçün büdcədən cəmi 670 milyon manat ayrılır? Özü də bu pul banklara ödənilir, milləti soğan qabığı kimi soyan məmur-oliqarxlara aid bankların vəziyyəti düzəldilir, hələ vətəndaşa bundan nə çatacağı isə tam bəlli deyil.

Elə Mərkəzi Bank sədri və digər maliyyə qurumlarının “səxavətinin” nəticəsidir ki, kredit probleminin həllinə ayrılan vəsaitdən 10 min dollardan yuxarı borcu olan sadə vətəndaşlara və biznes subyektlərinə bir qəpik də düşmür. E.Rüstəmov isə dollar kreditləri probleminin həlli ilə bağlı sağa-sola sevincək müsahibələr, açıqlamalar verir. Ondansa, yaxşı olardı ki, Mərkəzi Bankın sədri devalvasiyadan öncə əhalinin gözünün içinə baxaraq, devalvasiyanın gözlənilmədiyinə dair söylədiyi yalanlara, saysız-hesabsız biznes strukturlarına və böyük var-dövlətə malik olmasına aid iddialara və S.Cəlaloğlunun səsləndirdiyi konkret maliyyə cinayətlərilə bağlı ittihamlara cavab versin.

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Hüseynov Həsən 2019-03-15 11:47:15

Elman Rüstəmov,prezident komandasının ən sadiq və peşəkar üzvüdür,Bu gün Azərbaycan prezidentinin Azərbaycan Xalqının rifahının yaxşılaşdırılması istiqamətində apardığı iqtisadi siyasət Elman Rüstəmov kimi beynəlxalq alımdə tanınan və qəbul edilən alimlər və iqtisadçılar tərəfindən həyata keçirilir. Müasir qlobal böhranlar kontekstində manatın məzənnəsinin saxlanması,sıravi azərbaycanlının maddi təminatının qiymətdən düşməsinin qarşısının alınması ancaq Elman Rüstəmov kimi peşəkarların məqsədyönlü fəaliyyət

savalan 2019-03-15 11:47:15

məmurlar üçün bir cəzasızlıq mühiti yaradılıb və buna görə də ölkə durmadan talanır.

savalan 2019-03-15 11:47:15

məmurlar üçün bir cəzasızlıq mühiti yaradılıb və buna görə də ölkə durmadan talanır.

azeri 2019-03-15 11:47:15

Dehshetdir.Bele hereketlerin her birine gullelenme dushur.Her addimda da bele hereketler tekrar olunur.....

EJDER 2019-03-15 11:47:15

NE OLSUN...MILYARDLAR QAZANIB,LUKAWENKO CANI

fikrət 2019-03-15 11:47:15

Bəs yaxşi bu qədər yeyinti var xalqin pulun yeyirlər haram olsun onlara qan qusacaqlar PROKRATURA HARA BAXİR ..

yengibar 2019-03-15 11:47:15

Sabah birisi çıxıb desə ki, E.Rüstəmov "leviy" manat çap edir, heç təəccüblənməyin.Hətta Bloombeg saytında da manatın məzənnəsinin bir gündə enib əvvəlki vəziyyətinə qalxaması aydın görünür ki, bu heç də düzgün əməldən xəbər vermir.Vaxti ilə ləğv edilmək üçün yolda itən 4-5 Kamaz pulu da saysaq,pis olmaz.Beynəlxalq Bankda yeyilən 15 milyard da E.Rüstəmovun xidmətidir.Bu gün aktual dollar kreditlərinin də günahı E.Rüstəmovun üzərindədir.Demirik ki, yeyib, nəzarət etməyib!Nə isə..boş boşuna yazırıq da...

Kamil 2019-03-15 11:47:15

Bu faktla niyə hwquq mühafizə orqanları məş]ul olmur? Faktı göstərən bəlli,edən bəlli! Əgər yalandırsa Sərdar Cəlaloğlu böhtana görə cəzalanmalı,doğrudursa dələduzluq edən cəzasını almalıdır.Axı biz hüquqi dövlət qurduğumuzu deyirik!

Vəkil 2019-03-15 11:47:15

Banklardaki filiyal mudurlerinden bele öz kadrlarini yerleşdirib? Pullar ona işleyir Heyat klinikaya 10 milyonluq aparatlar alib Ahmedle de bucceni xirrid edirler? Bunlara heç kim çata bilmez,bata bilmez...

Son yazılar