"Bu, hakimiyyətdaxili qruplaşmaların işidir» - Məlahət Nəsibova (AUDİO)

Məlum olduğu kimi, avqustun 21-də Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibova hücum edərək döyüblər. Hadisə ilə əlaqədar bir  nəfər saxlanılıb.

Naxçıvan MR Daxili İşlər Nazirliyindən apa-ya hadisənin məişət zəminində baş verdiyi bildirilib:

«İlqar Nəsibov uzun müddət Vətəndaş Həmrəyliyi Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatının sədri Fərid Əsgərov ilə yaxın dost olub. Vaxtaşırı onlar ictimai birliyin ofisində görüşərək içki məclisləri qurublar. Avqustun 21-də axşam saatlarında hər iki şəxs həmin ünvanda yenə də məclis qurub, spirtli içki qəbul ediblər. Həmin vaxt alkoqolun təsiri altında olan İlqar Nəsibovla Fərid Əsgərov arasında yaranmış mübahisə sonda əlbəyaxa davaya çevrilib».

Məlumata əsasən, Fərid Əsgərov öz izahatında bildirib ki, davaya səbəb onun ailə üzvləri haqqında İlqar Nəsibovun işlətdiyi nalayiq və təhqiramiz ifadələr olub.

«BİZİM DƏ ƏLİMİZDƏ FAKTLAR VAR»

İlqar Nəsibovun həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova Azadlıq Radiosuna açıqlamasında deyilənlərin qurama olduğunu bildirir. Deyir ki, DİN-in bu işi araşdıracağına ümidli olsalar, belə reaksiya veriləcəyini də gözləyirmişlər.

«İndiyə kimi Azərbaycanda hansı hüquq müdafiəçisinə, jurnalistə, siyasətçiyə olan hücum araşdırılıb ki, bu da araşdırılsın? Bu, Azərbaycan hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin nə qədər bərbad gündə olduğunu göstərir. Görün, Azərbaycan hüquq-mühafizə orqanları hansı vəziyyətdədir. Biz ümidli idik, amma aydın oldu ki, səhv etmişik. Biz bu işi belə qoymayacağıq. Bizim də əlimizdə faktlar var ki, Fərid Əsgərov İlqarı döyəndə ona kimin mobil telefonlarından zənglər gəlib. Kimlər həmin vaxt ona İlqar Nəsibovu döy əmrini verib. Sübut edəcəyik ki, İlqar döyüləndən sonra ofisə kimlər gəlib. Görünür, bu hakimiyyətdaxili qruplaşmaların işidir və DİN bunu araşdırmaqda gücsüzdür».

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar