Eldar Əzizovun “Sovetski”də xüsusi planı - Kompensasiyalar artırılacaq

Bakının “Sovetski” kimi tanınan ərazisi ilə bağlı xüsusi plan hazırlanır. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. Onun sözlərinə görə, hazırda mütəxəssislər işləyir, maraqlı təkliflər hazırlanır, yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək. Əldə etdiyimiz xəbərdə deyilir ki, xüsusi plana kompensasiyanın məbləği də daxil edilə bilər. Hazırda hər evin kvadratmetri 1500 manatdan hesablanır.

Ölkədə gedən sosial dəyişikliklər və islahat paketinin davamı olaraq, “Sovetski” sakinlərinə kompensasiyanın dəyərinin artırılması barədə müjdə veriləcəyi istisna edilmir.

Prezidentin həyata keçirdiyi son islahatlar, problemli kreditlərlə bağlı fərman, müavinətlərin, minimum əmək haqqının artırılması, incəsənət xadimlərinin maaşlarının qalxması, şəhid ailələrinə çatan qan pulunun tam həlli və s. sosial reformaların ardınca nəzərlər plana düşən evlərin təzminatına yönəlib.

Hökumət kluarlarında belə müzakirələr gəzişir ki, dövlət tərəfindən plana salınan obyektlərə, mənzillərə görə verilən kompensasiyalar qismən artırılsın. Bu xüsusda “Sovetski” məhəlləsi diqqət mərkəzinə gəlir.

Sakinlərə kompensasiyanın 1700-1800 manatdan hesablanması ehtimalı var. Bu da kifayət qədər ciddi rəqəmdir və mülkiyyət sahiblərinin daha yaxşı evlər almasına tramplin ola bilər.

Картинки по запросу Eldar Əzizovun “Sovetski”

Nəzərə alsaq ki, Bakıda mənzil bazarının real qiymətləri ilə hazırkı təzminatın məbləği bir o qədər uyğunluq təşkil etmir, o halda sosiayönümlü proseslərin gedişində bu addımın atılması da zəruridir.

Hökumət minlərlə vətəndaşa müjdə vermiş, dəstəyini qazanmış, səsini almış olacaq, eyni zamanda yaranmış müəyyən narazılığı tam aradan qaldıracaq.

Doğrudur, Nazirlər Kabineti deputatların “Sovetski”də sökülən evlərin kompensasiyasının məbləğini manatın inflyasiyası nəzərə alınmaqla, heç olmasa, hər kvadratmetrə görə 2 min manata çatdırmaq, yaxud onların sahiblərinə pul əvəzinə yeni tikilən binalarda hazır mənzillər vermək təklifinə o qədər də ürəkaçan cavab verməyib.

Lakin prezidentin müstəsna səlahiyyəti var və E.Əzizovun xüsusi plan hazırlanması barədə açıqlaması müəyyən işartılar, ip ucları verir ki, pozitiv qərarlar qəbul edilə bilər.

“Sovetski”  ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə ərazidən çıxarılıb. Həmin ərəfədə bir neçə sakin etiraz etsə də sonda onlar da verilən 1500 manat kompensasiya ilə razılaşıb, evlərini tərk ediblər.

Hazırda həmin sakinlər Bakının müxtəlif yerlərində məskunlaşıblar. Həmin köhnə evlərin yerində isə park salınır.

Ümumilikdə isə məlumata görə, bu günə kimi 26 hektardan çox sahəni əhatə edən ərazidə 5 mindən çox yaşayış və qeyri-yaşayış obyektləri dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb. “Sovetski”də birinci mərhələdə 40 hektar ərazi boşaldılıb.

6 hektar ərazidə 7,1 kilometr uzunluğunda asfalt-beton örtüyünün sahəsi 87,6 min kvadratmetr təşkil edən Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması başa çatdırılıb. Sökülən evlərə görə sakinlərə hər kvadrata 1500 manat olmaqla kompensasiya ödənilib.

Картинки по запросу Eldar Əzizovun “Sovetski”

“Bakının ”Sovetski" adlanan ərazisində yaşayış üçün yararsız olan binaların sökülməsi və gələcək abadlaşdırmanı nəzərdə tutan layihə ən irimiqyaslı təşəbbüslərdəndir və ona görə də onun tam icrası azı bir il də davam edəcək". Bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov ötən ay deyib.

Onun sözlərinə görə, bu layihə Bakının Baş Planının vacib lokal elementlərindəndir: “Hazırda ”Sovetski" ərazisində yaşayış evlərinin sökülməsinin ikinci mərhələsi davam edir.

Artıq demək olar ki, ərazinin böyük hissəsi istifadə üçün yararsız ev və tikililərdən azad edilib. Bu gün “Sovetski”də ümumi istifadə və istirahət üçün nəzərdə tutulmuş park zonasının yaradılması üzrə iş davam etdirilir.

Burada rekreasiya zonası yaradılır və artıq yaşıllaşdırma prosesi başlayıb. Bu işlər “Təzəpir” məscidinin olduğu yerə qədər aparılacaq".

Komitə rəsmisi əlavə edib ki, Bakıda evlərin sökülməsi “Kubinka” adlanan ərazidə də planlaşdırılıb, amma bu prosesin başlayacağı tarixi indidən demək çətindir:

“Bakıda lokal söküntülər öz bizneslərinin böyüməsində maraqlı olan özəl şirkətlər tərəfindən həyata keçirilə bilər. Bu, istənilən tikinti təşkilatı və ya şəxs ola bilər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar