YENİ ZELANDİYADA 2 MƏSCİDƏ TERROR HÜCUMU - 49 müsəlman qətlə yetirildi... + VİDEO

Bu gün Bakı vaxtı ilə səhər satlarında dünyanın ən firəvan və nadir hallarda qətl törədilən ölkəsi Yeni Zelandiyada dəhşətli qətliam baş verib. Krraystçerç şəhərində silahlılar bir-birinin ardınca iki məscidə basqın edərək qarşılarına keçənlərə atəş açıblar. Nəticədə onlarla adam ölüb və yaralanıb. Alçaq terror aktı islamofobiya və ksenofobiya zəminində törədilib

Yeni Zelandiyanın Kraystçeç şəhərində silahlı şəxslərin məscidə basqını nəticəsində ölənlərin sayı 49-a çatıb.  Bu məlumatı baş nazir açıqlayıb. "AzPolitika.info" xəbər verir ki, alçaq terror hücumu zamanı 20-si ağır olmaqla 50 nəfərə yaxın şəxs yaralanıb. 

Şəhərin polis komissarı Mayk Buş bildirib ki, atışmadan sonra məscidin yaxınlığında park edilmiş maşınlarda bir neçə əldəqayırma partlayıcı maddə tapılıb, onlar zərərsizləşdirilib.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, silahlılar “Əl-Nur” və onunla qonşuluqda yerləşən Linvud məscidlərinə günorta namazından sonra basqın ediblər.  Atəş açanlardan birinin kimliyi məlumdur. Bu, 28 yaşlı avtstraliyalı Brenton Tarrantdır, ultrasağçıdır. Hücum ərəfəsində o sosial şəbəkələrdə yaydığı manifestində Almaniyanın kansleri Angela Merkeli və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanı da qətlə yetirməyə çağırır.

Həmin şəxs məsciddəkiləri necə gülləbaran etdiyini videoya çəkib, avtomatın qundağında isə “Avropa sivilizasiyasının formalaşmasının mühüm məqamlarının” tarixlərini yazıb. Bunlardan biri 1770-ci ildə rus-türk müharibəsi zamanı baş vermiş Kaqule döyüşüdür.

Qundaqda Miloş Obiliçin də adı göstərilir. O, 1389-cu il iyunun 15-də Kosovo çölündə serblərlə türklər arasında döyüşlər zamanı türk sultanı Muradı öldürən serbdir.

Ölənlərin sayının artması istisna deyil.

Şəhərin polis komissarı Maykl Buş terror aktı ilə bağlı üç kişi və bir qadının tutulduğunu açıqlayıb.

Silahlılardan biri öz hərəkətlərini mobil telefonla çəkib və sosial şəbəkələr üzərindən internetə translasiya edib. Həmin şəxs ultrasağçı baxışlı Avstraliya vətəndaşı olduğu bildirilir.

“New Zealand Herald” bildirir ki, qətliamdan əvvəl həmin şəxs 37 səhifəlik manifest yayıb və öz hərəkətlərini terror aktı adlandırıb.

Bildirilir ki, azı iki silahlı məscidə günorta namazından sonra basqın edib və rast gələ atəş açıb. Yaralıların aparıldığı xəstəxananın ətrafında da atəş səsləri eşidilib. Hakimiyyət orqanları əhalini küçələrə çıxmamağa çağırır. Baş nazir Casinda Ardren baş verənləri ölkə tarixində ən qara günlərdən biri adlandırıb. Xəbər yenilənəcək.

***

Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məsciddə atışma nəticəsində 27 nəfər ölüb.“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən "Stuff" portalı məlumat yayıb.

Bildirilir ki, yerli xəstəxanalar 40-50 yaralının gətiriləcəyini gözləyirlər.

"New Zealand Herald" nəşrinin məlumatına görə, atışmada təqribən iki nəfər iştirak edib. Yerli xəstəxana qarşısında da atışma səslərinin eşidildiyi bildirilir.

Yeni Zelanda'da iki camiye silahlı saldırı! Çok sayıda ölü ve yaralı var...

635x100

Şərhlər

Patriot müsəlman 2019-03-15 11:20:00

İNDİ GÖRƏK XRESTYAN ÖLKƏLƏR NƏ DEYƏCƏK BU TERRORA! İSLAMDIRMI TERROR, YOXSA XRESTYANLARDI TERRORÇULAR! XRESTYANFOBİYADIR! BU GÜNƏ KİMİ İSLAMI LƏKƏLƏYƏNLƏR, NİYƏ SUSURSUNUZ....

Son yazılar