"Hüquqi dövlətdə yaşayırıq, məhkəməyə gedib deməlidir..." - Nazirlik işdən çıxarılanlar haqda

“Şəki Mərkəzi Rayon Xəstəxanasında 1400 işçi çalışır. O 1400 işçinin müəssisə rəhbəri ilə hər hansı bir mübahisəli məsələsinə nazirlik qarışmalı deyil”.

Bu fikirləri ONA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov səsləndirib.

O bildirib ki, əgər işdən çıxarılan tibb işçisindən ərizəni baş həkim məcburi alıbsa və o, öz xoşu ilə ərizə yazmayıbsa, o zaman məhkəməyə müraciət etməlidir: “Hüquqi dövlətdə yaşayırıq, Şəki Rayon Məhkəməsinə gedib deməlidir ki, məni haqsız işdən çıxarıblar. Məhkəmə qərar versə ki, o qadın etik davranış qaydalarını pozmayıb, onun ərizəsi məcburi alınıb, o qərarla da gəlib işə bərpa oluna bilər. Amma o xanım məhkəməyə müraciət etmək yerinə, televiziyalara üz tutub. Ona görə də əgər işə qayıtmaq istəyirsə birinci məhkəməyə getməlidir. Yox, əgər məşhur olmaq istəyirdisə, artıq məşhur oldu”.

Qeyd edək ki, müğənni Afət Fərmanqızının ifa etdiyi mahnıya məzəli videoçarx hazırlayan Şəki Mərkəzi Rayon Xəstəxanasının 5 əməkdaşı işdən qovulub. İşdən çıxarılan tibb bacısı İlahə İsrafilova iddia edib ki, xəstəxananın baş həkimi Elçin Əmirov belə bir addım atdıqları üçün onlara məcburi şəkildə işdən çıxma haqqında ərizə yazdırıb.

635x100

Şərhlər

Müəllifin adı 2019-03-15 11:50:26

Üzrü emelinden beter buna deyirler. Ele bil metbuat xidmeti açıqlama vermir, camaata hede-qorxu gelir. Meşhur olmaq isteyirler, ya istemirler, bunun onların emek muqavilesine xitam vermeye mecbur edilmesi ile elaqesi yoxdur. Elece de emek funksiyalarının icrası ile. İki kelme sözü de qanunauyğun deye bilmirler. Guya açıqlamadır.

Namik 2019-03-15 11:50:26

Məhkəmələr həmin vətəndaşları gözləyir o dəqiqə ədalətlə işlərinə baxacaq.Bir zəng edib işi öz xeyrinizə həll edərsiniz.

Son yazılar