“Ofşor zonalarında bank və maliyyə şirkətləri yaradılmalıdır” - Fəzail Ağamalı

“Ölkədə maliyyə dövriyyəsinin gücləndirilməsi üçün bank sistemi sağlamlaşdırılmalıdır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.

O qeyd edib ki, sığorta maliyyə şirkətlərindən, investisiya fondlarından ciddi maliyyə imkanları qazanaraq bank sistemini sağlamlaşdırmaq mümkündür: “Ofşor zonalarında bank və maliyyə şirkətlərin yaradılması ölkənin maliyyə sisteminin əhəmiyyətli dərəcədə yüksəlməsinə xidmət edərdi. Xarici borclar alaraq iqtisadiyyatımızın inkişafına təkan verməliyik. Çünki inkişaf etmiş ölkələrdə xarici borc ümumdaxili məhsuldan artıq olur. Amma bu onların iqtisadi inkişafına mane olmur”.

F.Ağamalı elm sahəsinə ayrılan maliyyənin artırılmasını da təklif edib.

635x100

Şərhlər

Ayzek 2019-03-15 13:31:23

Ofşor zonalarda striptiz klub yaratmaq yaddan çıxdı...

Максим Калинин 2019-03-15 13:31:23

Tы что господин депутат .....

Mirzə AĞ 2019-03-15 13:31:23

Ölkə daxilində yarıtdınız, indi də ofşora baş vurmaq istəyirsiniz?!

Son yazılar