Əfv sərəncamının imzalanması an məsələsidir -  Kimlər azad oluna bilər? - SİYAHI

Novruz bayram ilə əlaqədar əfv sərəncamının imzalanacağı dəqiqləşib. Artıq Əfv Komissiyasının iclasları başa çatıb və yekun siyahı prezidentə təqdim olunub. Bir sözlə, sərəncamın imzalanması an məsələsidir.  Əfv sərəncamı bu gün verilməzsə, böyük ehtimalla gələn həftənin ilk günü, yəni martın 18-də imzalanacaq.

Heç şübhəsiz ki, sərəncam ətrafında gedən müzakirələrin əsasını siyasi məhbuslarla bağlı məsələ təşkil edir. Əldə etdiyimiz məlumata görə, əfv siyahısı kifayət qədər böyükdür. Azadlığa qovuşacağı gözlənilənlər sırasında tanınmış məhbusların da olacağı deyilir. Yayılan məlumatlara görə, əfv siyahısında 50-dən çox siyasi məhbusun adı yer alacaq.

Musavat.com olaraq ötən həftə kiçik bir araşdırma apararaq ən çox azadlığa çıxmaq şansları olan siyasi məhbuslardan ibarət siyahı hazırlamışdıq. Siyahıda sabiq səhiyyə naziri Əli İnsanov istisna olmaqla daha çox cəzalarının böyük hissəsini çəkən siyasilərin adları yer alırdı. Sözsüz ki, əfv etmək ölkə prezidentinin müstəsna səlahiyyətidir. Amma bu əfvin geniş olacağı barədə yayılan xəbərləri, eləcə də, əfv siyahısında çoxsaylı siyasi məhbusun adının yer alacağı barədə deyilənləri düşünsək, ilk göz önünə aşağıdakı siyahıda təqdim edəcəyimiz siyasilər gəlir.

Ə.İnsanov- 2005-ci ildə həbs edilib. 11 illik cəzasının bitməsinə üç ay qalmış ona qarşı əlavə ittihamlar irəli sürülüb. 2017-ci il aprelin 26-da 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.

Картинки по запросу İlkin Rüstəmzadə

İlkin Rüstəmzadə - NİDA Vətəndaş Hərəkatının üzvüdür. "Əsgər ölümlərinə son" aksiyasına görə 2013-cü ildə həbs edilib. 8 il cəza alıb.

Картинки по запросу Elgiz Qəhrəmanlı

Elgiz Qəhrəmanlı -NİDA-çıdır. 2016-cı il avqustun 12-də saxlanılıb. 2017-ci ilin yanvarında 5 il yarım cəza alıb. Həmin ilin noyabrında onun cəzası 3 ilə endirilib. Həbs müddəti bu il avqustun 12-də başa çatır.

Картинки по запросу Seymur Həzi

Seymur Həzi - AXCP sədrinin müavinidir. 2014-cü ilin avqustunda həbs edilib. 5 il cəza alan AXCP funksionerinin avqustda cəzası bitir.

Картинки по запросу Fuad Qəhrəmanlı

Fuad Qəhrəmanlı - AXCP sədrinin müavinidir. 2015-ci ilin dekabrında saxlanılıb. 2017-ci ilin yanvarında 10 il müddətinə azadlıqdan məhrum edilib.

Картинки по запросу Asif Yusifli

Asif Yusifli - Qarabağ qazisi, AXCP funksioneridir. 2014-cü ilin noyabrında həbs olunub. İlk olaraq 7 il yarım cəza alan Qarabağ qazisinin həbs müddəti 2015-ci ilin iyulunda Ali Məhkəmə tərəfindən 6 ilə endirilib.

Картинки по запросу Fikrət Fərəməzoğlu

Fikrət Fərəməzoğlu - Jam.az saytının rəhbəridir. 2016-cı ilin iyununda həbs edilib. İlk olaraq 7 il cəza alan sayt rəhbərinin ötən ilin sentyabrında Ali Məhkəmədə şikayətinə baxılıb və onun həbs müddətindən bir il götürülüb.

Картинки по запросу Əlikram Xurşudov

Əlikram Xurşudov - Müsavat Partiyasının Şirvan rayon təşkilatının sədridir. 2017-ci ilin noyabrından məhbus həyatı yaşayır. 5 il cəza alan təşkilat sədrinin cəzası ötən ilin avqustunda 4 il yarıma endirilib.

Похожее изображение

Əliabbas Rüstəmov - vəkildir. 2014-cü ilin iyununda saxlanılıb. 7 il cəza alıb.

Картинки по запросу Gözəl Bayramlı

Gözəl Bayramlı - AXCP sədrinin müavinidir. 2017-ci ilin mayında saxlanılıb. Ötən ilin yanvarında 3 il müddətinə azadlıqdan məhrum edilib.

Картинки по запросу Əfqan Muxtarlı

Əfqan Muxtarlı - jurnalistdir. 2017-ci ilin mayında həbs olunub. Ötən ilin yanvarında 6 il cəza alıb.

Картинки по запросу Murad Ədilov -

Murad Ədilov - AXCP üzvüdür. 2014-cü ilin avqustunda tutulub. 6 il müddətinə azadlıqdan məhrum edilib.

Fuad Əhmədli - AXCP üzvüdür. 2016-cı ilin avqustunda həbs olunub. 4 il həbs cəzası alıb.

Картинки по запросу Rüfət Səfərov

Rüfət Səfərov-Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, sabiq deputat Eldar Sabiroğlunun oğludur.2 016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub. Elə məhkəmə zalında da həbs edilib.

Картинки по запросу Mövsüm Səmədov

Mövsüm Səmədov-İslam Partiyasının sabiq sədridir. 2011-ci ildən həbsdədir. 12 il cəza alıb.

Картинки по запросу Abgül Süleymanov

Abgül Süleymanov-ilahiyyatçıdır. 2011-ci ildə həbs edilib və 11 il azadlıqdan məhrum edilib.

Картинки по запросу Nicat Əliyev-

Nicat Əliyev- azadxeber.net saytının baş redaktorudur. 2012-ci ilin mayından həbsdədir. 10 il cəza alıb.

Картинки по запросу Elnur Seyidov

Elnur Seyidov- "Texnikabank"ın Yasamal filialının sabiq müdir müavini, AXCP sədri Əli Kərimlinin qaynıdır. 2012-ci ilin martından həbsdədir. 7 il yarım cəza alıb

“Yeni Müsavat”a G.Bayramlıya yaxın şəxslərdən birinin verdiyi məlumata görə, artıq qadın siyasi məhbus azadlığa çıxmağa hazırlaşır. Mənbə bildirir ki, G.Bayramlıya adının əfv siyahısında olduğu barədə xəbər verilib.

635x100

Şərhlər

Bashirov Qarib 2019-03-15 14:11:46

Bu şəkillərə baxanda adamın urəyi agrıyır.V.Zeynalovu bu gun buraxdılar.Yuz milyonlarla mənimsəmişdir.Minimum əmək haqqının qaldırılmasına cəmi 39 milyon pul kifayət edib.Bank kreditlərinə cəmi 235 milyon bəs edib.Yəni, bir nazirlikdə bir məmurun və evə buraxılanın mənimsədiyi qədər.

sual 2019-03-15 14:11:46

Maraqlısı odur ki Vidadi kimilərin mənimsədiklərini əlindən alib müsadirə edirlər. Bəs soruşan yoxdur ki bu qədər milyonlar hara gedib müsadirə olunur. Yəni milyonlar ya Vidadidə qaldi ya da digərində binin bu binava millətə nə fərqi ya?

Son yazılar