VİDADİ ZEYNALOV AZADLIĞA BURAXILDI - Qərar

Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov azadlığa buraxılıb.

"Report"un xəbərinə görə, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, V.Zeynalovun cəzası beşdə dördlə hesablanıb və azadlığa buraxılıb.

Qeyd edək ki, keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin şəxslərin əmlaklarının üzərinə həbs qoyulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə, B.Hüseynovun cəzası isə 7 il 6 aya endirilib. Həmçinin qərara əsasən, V.Zeynalov və digər təqsirləndirilən şəxslərin bəzi əmlaklarının üzərinə qoyulmuş həbs götürülüb. Belə ki, təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlaklarının üzərindən həbs götürülüb və müsadirə dayandırılıb. Daha sonra V.Zeynalovun ailə üzvləri və digər şəxslər kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

635x100

Şərhlər

Mehdi 2019-03-15 14:55:13

Qesengdi dee,ye daqit 20 milyonlarla pul oqurla 1-2 il turmede kef ele sonra da cix cölde kef ele.

fikrət 2019-03-15 14:55:13

Belə belə işlər vidadini o vaxt xalq düşməni etmişdilər yəqin ona o vaxtdi deyiblər ki vidadi ğet 1 yada 2 il yat cixacaqsan həmidə pul varsa niyə türmədə yatsin türmə ancaq kasiblar birdə siyasi partiyalar ücündür

zakir 2019-03-15 14:55:13

ehsen bele adelete///

X 2019-03-15 14:55:13

Ehsen qazamatda yatdigi muddetin pulu da verilsin

AYRİM 2019-03-15 14:55:13

Fəhlə səndə özünü insanmı sanirsan Pulsuz kişi insanlığı asanmı sanirsan? deyən ölməz sairimizə Allah rəhmət eləsin burda deyiblər. Öıkədə belə tendensiya hələ görməmişdik bini da gördük. Vidadi və ya Beytullanın ömrü boyu həbsdə olmasını istəmir. Amma ədalət deyilən bir şey var ki o da bu ölkəmizdə tapılmır. Niyəsini də deyim ki YAP qurucusu akademiklə binlar arsında nə fərq var ki Mandella kimi onu 12 ildir yatizdırırlar dovləti taayanları isə 5 də birnən azad edirlər. Belə getsə 10 da birdə cixacaq kef elə.

EJDER 2019-03-15 14:55:13

BRAVO ,MOLODES.ANALOQO OLMAYAN HOKUMETIMISIN ANALOQU OLMAYAN MEHKEMESI...OQURLA,JE , DAQIT,TOPLADIQINI BOLUW VE GET KEYF ELE...ESGERLERINE EWQ OLSUN.ESIL INKIWAF BELE OLUR,LUKAWENKO CANI...YAVAWDAMAQ OLMAZ

yengibar 2019-03-15 14:55:13

Əsl Vətənə xəyanət budur!Hər yerdə bir Vidadi Zeynalov oturdub Dövləti talayır, 1-2 il həbsxanada şah kimi yaşadıb, sonra sərbəst buraxıb yeni kombinasiyalarla təkrar təkrar dağıdırlar.

Dr.AGAOGLU 2019-03-15 14:55:13

Haram pulların yuyulmasinin orjinal hepsxanadan keçməklə, analoqsuz, hüquqi əsaslı təmizlənmə modeli.Düşünürəmki bu sahədə təcrübəli,etibarlı insan kimi daha ciddi vəzifəilədə təmin olunacaq.İrəli daha böyük əməliyyatlara doğru.

Miri 2019-03-15 14:55:13

Aztelekomun müdürü Məmməd Məmmədov 120 milyonu silib süpürüb yeyib talayıb bu gün bakıda otel tikdirir bina tikdirir turuskavesdə 3 otel sahibidir və necə necə obyekt mülk sahibidir onun şərti işi birdəfəmlik ləğv olunub ondan yazan yoxdur ona görə kin o haralıdır himayədarları kimlərdir hamı düşüb Vidadinin üstünə vidadi icracı olub məndə rabitə sahəsində calışıram görürdük talayıbsa dağıdıbsa naxirinin və naxir müavini İltimasın tapşırıqların icra edib vidadi yetim yesir rabitəcilərə əl tutan adam olub..

rabitəçi 2019-03-15 14:55:13

Vidadinin yerinə nazirliyin poçt sektorunun müdiri Məmmədov Novruz və Azərpoçtun Baş direktorunun müavini Rəsulov Bayram həbs olunmaq əvəzinə hələdə öz vəzifələrində qalaraq işləyirlər ......? Onların Rabitədə işləmələri ən azından Nazirliyin adına ....?

TALİS 2019-03-15 14:55:13

Məni balası mən ölüm hamıdan cox bu işdə heyifsələnən və ən azi 50 tomluq iş yazıb, cinayər işi aparan prokurorluğun mustəntiqləridir. İndi başına vururki ədə mənə lazım idi bu qədər get-gəl yaz poz hə? Vaxtında milyon verməsələrdə yuz min verirdilər al yi də ay bədbəxt. İndi gördün hopadan milyon getdi. Arad qazanan hər ayına türməyə 50-60 min vuralarda var aaaa.Düz demirəm məni balası hə?

Son yazılar