Azərbaycanın qaz ixracından gəliri 7 dəfə artıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 2 019,599 mln. kubmetr həcmində təbii qaz ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda təbii qazın dəyəri 212,357 mln. ABŞ dolları təşkil edib.

Bu ilin iki ayında ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq aylarından 10 dəfə, dəyəri isə 7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın ümumi ixracında təbii qazın payı 6,74% olub.

635x100

Şərhlər

Aqil Hesabi 2019-03-15 15:14:35

Miqdar ON defe artibsa, deyer niye Yeddi defe artir?

Son yazılar