“Plato Menecment İnvestisiya Şirkəti” adını dəyişib

Dərc olunub: 15/03/2019 - 15:58

b2ca0a85-3d6e-4fa1-a801-47f0efc42bf8“Plato Menecment İnvestisiya Şirkəti” ASC adını “Plato Capital and Co. İnvestisiya Şirkəti”nə dəyişib.

Bu barədə “Report” maliyyə bazarındakı mənbəyə istinadən xəbər verir.

Xatırladaq ki, bu maliyyə qurumu 2002-ci ildə “Texnika Kapital Menecment” adı ilə yaradılıb, 2015-ci ildə adını “Kapital Menecment”ə, 2018-ci ildə isə “Plato Menecment”ə dəyişib. Onun nizamnamə kapitalı 580 min manatdır. İnvestisiya şirkətinin səhmlərinin 99%-i Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə, 1%-i isə adı açıqlanmayan xarici investora məxsusdur.








loading...


Fikrinizi bildirin