ABŞ-n ən quraqlıq ərazisində nəhəng göl əmələ gəlib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatındakı «Ölüm vadisi» adlanan ən quraqlıq ərazidə yeni nəhəng göl qeydə alınıb.

Bu tapıntı barədə fotoqraf Eddiot Makqaken məlumat verib («SFGate»). Beduoter çökəyində su hövzəsinin uzunluğu 16 kilometrə çatır. Göl gücülü leysan yağışlardan sonra əmələ gəlib - yağıntı o qədər gülü olub ki, su artıq torpağa höpmayaraq, yerin səthində cəmləşib.

«Ölüm vadisi» - ABŞ-da ən quraqlıq keçən ərazidir. Burada Qərb yarımkürəsi üçün 10 iyul 1913-cü ildə rekord temperatur - 56 dərəcə (Selsi) isti qeydə alınıb. Bir neçə il davamlı olaraq, burada yağıntı olmayıb. Ərazi duzlu suya malik bulaqlar baseynindən ibarətdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar