"ÇOX SÖZ-SÖHBƏT GƏZİR..." - Təhsil Nazirliyi parlamentdə tənqid olundu

“Tələbə xaricdə təhsil alıbsa, gəlib onu bir məmur imtahan etməməlidir. Təhsil Nazirliyi elektron qaydada müraciətlə bu məsələni həll edə bilər”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında AMEA-nın müxbir üzvü, deputat Musa Qasımlı bildirib.

M.Qasımlı deyib ki, xaricdə təhsil alanların diplomlarının tanınması məsələsi ilə bağlı çox söz-söhbət gəzir: “Ona görə də Təhsil Nazirliyi xaricdə təhsil alanı çağırmaqla yox, həmin xarici ölkəyə elektron qaydada sorğu göndərməklə həmin şəxsin sərhədi keçib-keçmədiyini, təhsil alıb-almadığını müəyyənləşdirə bilər”.

Musa Qasımlı Dissertasiya şuraları ilə bağlı məsələyə də toxunub: “Universitetlərdəki müdafiə şuralarının tərkibi sağlamlaşdırılmalıdır. 20-25 il əvvəl güc-bəla ilə elmi iş müdafiə edən və xaricdə bir kitabı, məqaləsi çıxmayan şəxsləri həmsədr qoymaq olmaz. Bu, Azərbaycan elminə ayıbdır. Elmi şuralar “anekdot” yer olmamalıdır, elmimiz xaricə çıxmalıdır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Musa Qasımlı deyib.

Onun sözlərinə görə, bəzi universitetlərdə 3-4 nəfərlik heyət yaradılır və universitetin 700 nəfərlik müəllim kollektivinin məqaləsini oxuyur, xaricdə dərc olunub olunmaması ilə bağlı tövsiyə verir: “4-5 nəfər heç bir zaman 700 nəfərin məqaləsini oxuya bilməz, bu, fiziki baxımdan mümkün deyil. Bir şəxs və ya bir neçə şəxs bütün sahələr üzrə mütəxəssis ola bilməz”.

O, deputatı olduğu rayondan da danışıb: “2003-cü ildən bəri cənab prezidentin Yardımlıya ayağı dəyən andan bəri Yardımlının siması dəyişib. Xəyallara gəlməyən işlər həyata keçirilir. Asfalt yollar çəkilir, elektirik enerjisi problem yoxdur. Təbii qazla təmin olunma prosesi başlayıb və davam etməkdədir. Tam səmimi söyləyirəm ki, cənab prezidentin Yardımlıya ayağının dəyməsi oraya xeyir-bərəkət gətirdi”. /"ONA", "Report"

635x100

Şərhlər

fikrət 2019-03-15 16:33:06

Diplomu təstiqləmək ücün təhsil nazirliyində pul istiyirlər havayi dəlidiki təstiqləsin ax AZƏRBAYCAN AZƏRBAYCAN ğör nə ğündəsən

Musa müəllimə 2019-03-15 16:33:06

Bu hal indi vəzifələrə həvəslə təyin olunan YAP-ın vəzifədə olanların evladlarına aiddir. Xaricdə həftəlik,aylıq kurslarda turist kimi iştirak etmək xaricdə təhsil almaq deyil!

Atazadə Mətanət Fəxrəddin qızı 2019-03-15 16:33:06

Mən uzun müddətdi kənardan baxıb gözləyirdim kim bu məsələyə üz çevirib bir kəlmə danışacaq. Özüdə obyektiv bir söz yazacaq. Bizim təhsil sahəmiz nə səviyyədə olduğunu deyə bilmərəm. Lakin görün biz nə dərəcədə bərbad vəziyyətdəyik ki, bizim uşaqlar mütləq dövlətdən çıxıb xaricdə oxumalıdır ki, azərbaycanda onu mütəxəssis kimi qəbul etsinlər. Görün nə qədər uşaq, təcrübəsiz, savadsız, səriştəsiz gətirib qoyublar dövlət təşkilatlarına. Qoy vaxt keçsin. Dövlət viran qalacaq. Amma onda gec olacaq. Nəyə çatdırıblar, mazirlikdə məmur uniformada gəlməlidir. Görün bu ağıla sığandırmı?

Məlahət Mürşüdlü 2019-03-15 16:33:06

Xaricdə təhsil alanların işini o qədər süründürürlər ki, axırda adam dönüb geri- gəldiyi ölkəyə qayıdır. Mütəxəssis diplomunu tanıtmaq üçün bir ildən artıq vaxt itirir. Gərəksiz müsahibə aradan qaldırılmalıdır.

Bashirov Qarib 2019-03-15 16:33:06

Bu dərəcədə olmaz.Ayagı dəyməklə xeyir-bərəkət nə olan şeydir. Məncə bu deputad da digərləri kimi ya elmlər doktorudur ya da akademik.Bu heç oxumuş adamın sözunə oxşamır axı.

Son yazılar