“Fitch” “Cənub Qaz Dəhlizi”nin avrobondlarını təsdiqləyib

“Fitch" beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” QSC-nin avrobondlarının uzunmüddətli reytinqini BB+ səviyyəsində təsdiqləyib.

“Fitch Ratings”dən “Report”a verilən məlumata görə, reytinq üzrə proqnoz stabildir.

Bildirilib ki, “Fitch Ratings” “Cənub Qaz Dəhlizi” QSC-nin Azərbaycan hökumətinin tam zəmanəti ilə buraxılan və tədavülü 2026-ci ildə başa çatacaq 2 mlrd. ABŞ dolları məbləğindəki avrobondlar üzrə reytinqi BB+ səviyyəsində, proqnozu stabil olaraq təsdiqləyir. Bu, agentliyin əvvəlki qiymətləndirməsi ilə eynidir.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar