Amerikalı qadın bir gündə lotoreyada 30 dəfə udub

Amerika Birəşmiş Ştatlarının (ABŞ) Riçmond şəhərinin (Virciniya ştatı) sakini bir gün ərzində 30 lotoreya bileti alıb və biletlərin hamısı uğurlu olub. Bu barədə «USA Today» portalı xəbər verib.

Debora Braun danışıb ki, biletləri aldığı gün hər yerlə 1-0-3-1 rəqəmlərinin düzümü ilə qarşılaşıb. Qadın sövqü-təbiiyə inanıb və 20 ədəd «Rick 4» lotoreya bileti alıb - onlara yuxarıdakı rəqəmləri yazıb. Sonra o, bir başqa dükandan daha 10 ədəd lotoreya bileti alıb.

Biletlərin hər birinin qiyməti 1 dollar olub, ən böyük priz isə 5 min dollar təşkil edib. Belliklə, Braun 150- min dollar udub və buna qarşı cəmi 30 dollar xərcləyib.

Qadının sözlərinə görə, uduşu almaq üçün gələrkən, sanki onu «udar» vuracaqmış. Lotorea təşkilatçıları ona bildiriblər ki, doğru rəqəm düzümünü tapmaq şansı 1:10 000 olub.

Braun hələlik pulları nəyə xərcləyəcəyini müəyyən etməyib. Mümkündür ki, o, udduğu 150 min dolları evinin təmirinə xərcləsin.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar