"American Airlines" Venesuelaya uçuşları dayandırıb

ABŞ-ın "American Airlines" aviaşirkəti Karakas və Marakaybo şəhərlərinə uçuşları dayandırıb.

"Report" "Reuters"ə istinadla xəbər verir ki, şirkət bu barədə qərarı ABŞ Pilotlar İttifaqının Venesuelaya uçuşları dayandırmaq çağırışlarından sonra qəbul edib.

Bildirilir ki, "American Airlines" təhlükəli hesab etdiyi ölkələrdə fəaliyyət göstərməyəcək.

Daha əvvəl Dövlət Departamenti rəsmi nümayəndəsinin müavini Robert Palladino bütün Amerika vətəndaşlarını Venesuelanı tərk etməyə çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar