Suriyanı viran qoyanlar onun bərpasından imtina etdilər - ABŞ, Britaniya, Almaniya, Fransa...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ), Böyük Britaniya (BB), Almaniya və Fransa Suriyanın bərpası işlərinə kömək göstərmək niyyətində deyillər. Bu barədə 4 ölkənin bu gün qəbul etdiyi bəyanatda xəbər verilir.

Məlumata görə, bu dövlətlərin nümayəndələri izah ediblər ki, Suriyanın bərpasına «indiki münaqişənin gerçək siyasi tənzimlənməsindən sonra» kömək etməyə başlayacaqlar. Bəyanatda deyiir ki, guya başlıca hədəf Suriya Ərəb Respublikası (SƏR) üçün «ədalətə və sülhə» nail olmaqdan ibarətdir.

Qeyd etmək lazımdır ki, Suriyada sülhə nail olunmasına məhz həmin 4 dövlət «pərdə arxasından» mane olur. Və əslində elə Suriyanı viran qoyan da onlardır . İndi də hər vəchlə dağıdılmış ölkənin bərpasından yayınmaq cəhdləri nümayiş etdirirlər.

Odur ki, açıq-aşkar görünür, Suriyada sülhə və əminamanlığa nail olmaq üçün ilk növbədə, sözügedən dövlətlərin Suriyanın yaxasından yapışmış qanlı əllərini kəsmək lazımdır.

635x100

Şərhlər

Azərbaycan vətəndaşı 2019-03-16 00:34:31

Mən istərdim ki,ABŞ-pərəstlər bunu oxuyub ABŞ-ın iç üzünü görsünlər.ABŞ qarşısına bir məqsəd qoyub.Onunla razılaşmayan ölkələri viran qoymaq.İndi də Venesuelanı viran qoymaq istəyir. Özünə Quaydo kimi bir tula tapıb.Bu tula Venesuelanı qarışdırmaqla məşğuldur.Əgər Quayso ABŞ-ın tapşırıqlarını yerinə yetirməsə dərhal onun özünü aradan götürüb,Maduronu günahlandırıb Venesuelaya qoşun yeridəçək.

Son yazılar