ENERJİ BAZARI UĞRUNDA ABŞ-RUSİYA SAVAŞINDA YENİ MƏRHƏLƏ - Avropanın seçimi necə olacaq?

“Rusiya qazına ümid bəsləmək Avropa üçün hədsiz risklidir”

Avropalılar öz aralarında mübahisə edirlər ki, görəsən “Şimal axını-2” qaz kəməri də daxil olmaqla Rusiyanın nəzarəti altındakı qaz infrastruktruna milyardlar yatırmağa dəyərmi? Cavab isə belədir-qətiyyən olmaz. Çünki əlverişli qiymətlərlə alternativ yollarla qaz tədarükü etmək mümkündür və onların coğrafiyası genişlənir. Bundan sonra Avropa üçün daha çox qazı Aralıq dənizi hövzəsindən, Xəzər dənizi regionundan və ABŞ-dan tədarük etmək olar”. Bu fikirlər ”-Böyük Britaniyanın “The Finacial Times” nəşrində dərc olunan yazıda qeyd olunub.

“AzPolitika.info”nun məlumatına görə, məqalədə daha sonra yazılır: “Hazırda Avropanı təhdid edən, bütün regionunu boğan Rusiya ilgəyini zəiflətmək üçün Avropa Birliyinin əlinə nadir imkan düşüb. Bu cür imkan bəlkə də bər də çətin ələ düşər.

Beş il bundan öncə Rusiya Krımı işğal edəndə Avropanı qorxu bürümüşdü.Onlar qorxurdular ki, Ukraynadan keçən qaz dayandırılacaq. Çünki, belə bir hal 2006 və 2009-cu illərdə baş vermişdi.

Bu qorxu Avropa Komissiyasını diversifikasiya ilə məşğul olmağa məcbur etdi. Qaz tədarükünün şaxələndirilməsi, yeni mənbələrin axtarılması istiqamətində müxtəlif variantlar ortaya qoyuldu.

Bütün bunlara baxmayaraq Rusiya Avropanın təbii qaz bazarınl öz inhisarında saxlayır. Avropanın böyük qaz tədarükçüsü olan Rusiya Ukraynaya soxulandan sonra bu bazardakı mövqeyini daha da möhkəmləndirdi. Belə ki, 2014-cü ildə Avropanın ümumi qaz idxalında Rusiyanın payı 30 % olduğu halda, 2018-ci ildə bu göstərici 38 %-ə yüksəlib.

Əgər Avropa qitənin düz ortasına çəkiləcək yeni Rusiya qaz arteriyasına razılaşsa, onda o öz içinə Troya atı buraxmış olacaq. Bu tikinti başa çatsa, Moskva yeni qaz kəməri sayəsində öz təhdid planlarını həyata keçirəcək. Belə ki, Moksva Ukraynadan keçən tranzit qazı bağlayacaq və bu ölkə ilə Qərb arasındakı mühüm əlaqəni kəsəcək.

Əgər “Qazprom” öz qazını Ukraynadan yan keçmək şərtiylə buraxarsa, belə halda Moskva əhəmiyyətli təsir rıçaqları əldə etmiş olacaq. Hətta üzümüzə gələn qışda Qərb yenə də tədarükün kəsilməsi təhlükəsi ilə üzləşəcək.

Yaxşı xəbər odur ki, Avropa Rusiya prezidenti Vladimir Putindən asılı hala düşmək məcburiyyətində deyil. İstənilən halda Avropa enerjisiz qalmayacaq. Etibarlı və rəqabət qabiliyyətli sıxılmış təbii qaz mənbələrində çatışmamazlıq yoxdur. Həm də onlardan istifadə Rusiyaya möhtac olmaq kimi risk daşımır. Məsələn bu yaxınlarda Kipr sahilləri yaxınlığında kəşf edilmiş yeni yataqlar Avropa Birliyi ölkələrinin daxili tədarükü üçün faydalı sayıla bilər.

Daha bir mühüm qərarı ABŞ verəcək. Hazırda ABŞ dünyanın ən böyük xam neft və təbii qaz istehsalçılarındandır. 2018-ci ildə ABŞ Enerji Nazirliyinin qaz ixrac gücü 50 milyard kub metrə çatıb. Gözlənilir ki, 2019-cu ilin sonunda bu həcm 90 milyard kub metri keçəcək. Nəticədə ABŞ sıxılmış qazın ixracına görə Qatar və Avstraliyadan sonra üçüncü yerdə duracaq.

Yeni qaz-nəqliyyat infrastrukturu və qazın sıxılmış hala salınması üçün terminlların qurulması ABŞ-ın illik ixrac potensialını 200 milyard kubmetrə və daha yüksək səviyyəyə qaldırmağa imkan verəcək. Bu isə Avropanın qaza olan tələbatının 40%-i qədərdir.

ABŞ Enerji naziri Rik Perri və Milli İqtisad Şurasının direktoru Larri Kudlou Amerika sıxılmış qazının ixracatının genişləndirilməsini prioritet tapşırıq hesab edirlər.

Təbii qaz istehsal bütün ABŞ üzrə genişlənir və 2019-cu ilin sonunda altı yeni ixrac terminalı meydana gələcək. Hazırda Amerika sıxılmış qazı dünyanın 34 terminalına çatdırılır.Avropa Birliyi 2018-ci ilin dördüncü rübündə Amerika tədarükü üçün əsas məntəqəyə çevrilib.

Həmçinin Avropadakı qaz anbarlarının böyük həcmi bu bazarın cazibədarlığını artıracaq. Belə bir iddia irəli sürülür ki, ABŞ-ın Rusiya qaz kəmərinə qarşı çıxması,onun Avropada öz sıxılmış qaz bazarını yaratmaq istəyindən irəli gəlir. Ancaq bu arqumet düz deyil. Çünki soyuq müharibədən sonra Avropa enerji təhlükəsizliyinin dəstəklənməsi həmişə Taransatlantik münasibətlərin xarakterik cizgisi olub.

Avropa Birliyi etiraf edir ki, ABŞ-dan çatdırılan qaz Rusiyanın riskli tədarükündən yaxşı mənada fərqlənir. Keçən ilin yayında Avropa Komissiyasıının prezidenti Jan –Klod Yunker və ABŞ prezidenti Donald Tramp enerji sahəsində strateji əməkdaşlığın möhkəmləndirilməsində razılığa gəliblər.

İndi Avropa Birliyi gələcək üçün mühüm geostrateji qərar qəbul etməlidir: evləri nə ilə qızdırmalı və elektrik stansiyalarını nə ilə işlətməli?

Bir halda ki, ABŞ kimi etibarlı, sınanmış əməkdaş var, Avropanı Rusiyadan asılı hala salacaq enerji xətlərinin tikintisinə vəsait yatırmaq sadəcə mənasızlıqdır.

Enerji cənab Putinin əlində siyasi silaha çevrilir. Avropa Birliyi bu çılpaq gövdəli Harri Potter romanındakı Volan –de-Mortaya ümid edə bilməz, baxmayaraq ki, onun qazı bir qədr ucuzdur. Bundan daha yaxşı seçim var”.

“AzPolitika” onu da əlavə edirki, ümumiyyətlə Avropanın 22 ölkəsi Rusiyadan qaz idxal edir.Bu qazdan əsasən Avropanın şimal və şərq hissəsində yerləşən ölkələr istifadə edirlər.

Rusiya qazından tam asılı olan ölkələr - İsveç, Finlandiya, Estoniya, Litva, Latviya və Bolqarstandır. Çexiya-80%,Slovakiya-63%, Slovenya-57%, Polşa-54%, Yunanıstan-50%, Macarıstan-50% qaza olan ehtiyacını Rusiyadan təmin edir. Avropanın iqtisadi loqomotivi olan Almaniyanın qaz idxalının təxminən 40 %-i Rusiyanın payına düşür.

Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya çəkilən və uzunluğu 1200 kilometrdən çox olan “Şimal axını”qaz kəməri 2012-ci ilin sonunda istismara verilib. Bu kəmər dünyanın ən uzun sualtı qaz kəməridir. İndi həmin kəmərə paralel olan “Şimal axını-2”qaz kəməri çəkilir və bu böyük mübahisə doğurur.

Avropanın bir çox siyasətçisi bu layihənin əleyhinədir. ABŞ dövlət katibi Mayk Pompeo da bu layihənin əleyhinə çıxış edərək bildirib ki, biz avropalı müttəfiqlərimizin Rusiya qazından asılı hala düşmələrini istəməzdik.

O həmçinin qeyd edib ki, ABŞ Venesuela neftindən asılı olmamaq üçün öz daxili istehsalını artırır. ABŞ-ın “CNBC” televiziya kanalına verdiyi müsahibəsində M.Pomeo deyib: “Almaniyanı başqaları qoruduğu halda,onlar öz pullarını Rusiyaya verirlər. Biz onları yeni qaz kəmərini başa çatdırmamağa çağırırıq. Biz istəyirik ki, onlar öz enerji daşıyıcılarının idxalını şaxələndirsinlər”

Məlumat üçün onu da deyək ki, 2018-ci ilin birinci rübünə əsasən Avropanın idxal etdiyi qazın 40%-i Rusiyanın, 38%-i Norveçin,11%-i Əlcəzairin, 5%-i Qatarın payına düşüb, yerdə qalan hissə isə digər mənbələrdən təmin edilib.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar