DİN, DTX və DSX Cəlilabadda birgə əməliyyat keçirib
Baxiş sayı:
Dərc olunub:
16/03/2019 - 11:18
Cəlilabad sakinindən külli miqdarda narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Rayon Polis Şöbəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsi birgə əməliyyat-axtarış tədbiri həyata keçirib. Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında Uzuntəpə kənd sakini Ədil Baxşıyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil rayon ərazisində saxlanılıb. Avtomobilin salonuna baxış zamanı 1 kq heroin aşkarlanıb.
Onun yaşadığı mənzildən isə 7.375 kq heroin, 5.135 kq tiryək, 815 qr metanfetamin, 2 ədəd elektron tərəzi aşkarlanaraq, götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Son yazılar
18:31
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
18:12
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.