Son 15 gündə ikinci dəfə narkotiklə tutuldu

Balakən rayon sakini son 15 gündə ikinci dəfə narkotik vasitələrin qanunsuz dövrüyyəsinə görə polis tərəfindən saxlanılıb.

Onun yaşadığı evdən küllü miqdarda narkotik vasitə və qanunsuz saxladığı odlu silah götürülüb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan ONA-nın şimal-qərb bürosuna verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər ərazisində xidmət apararkən “VAZ 21011” markalı avtomobil inzibati qayda pozuntusuna görə saxlanılmış, həmin vaxt avtomaşında sərnişin qismində əyləşmiş Zaqatala rayonu Aşağı Tala kənd sakini İsmayıl Qurbanov üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Polis Şöbəsinə gətirilib. Üzərinə şəxsi axtarış keçirilən zaman kibrit qutusunda 8 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb. Ətrafında aparılan araşdırmalar zamanı İ. Qurbanovun həmin narkotik vasitəni Balakən şəhər sakini Abdulla Qallacovdan aldığı müəyyənləşib. A. Qallacovun yaşadığı evədən 805 qram qurudulmuş marixuana, həmçinin qanunsuz saxladığı 16 kalibrli qoşalülə ov tüfəngi də aşkar edilərək götürülüb.

O, narkotik vasitəni yay aylarında rayonun Püştətala kəndi ərazisində əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyini bildirib. Əraziyə baxış keçirilən zaman 3 ədəd, ümumi çəkisi 185 qram olan çətənə bitkiləri aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edək ki, Balakən RPŞ-nin əməkdaşları mart ayının əvvəli keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Abdulla Kamil oğlu Qallacov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə və idarə etdiyi “VAZ 2107” markalı minik avtomobilinə baxış zamanı ümumilikdə 14,96 qaram qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar