Ermənistan istehsalı olan spirtli içkilər məhv edilib

Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.

ONA-nın məlumatına görə, ümumilikdə 2812883 ədəd protexniki vasitə, 43092 ədəd dərman preparatı,735 ədəd yararsız müxtəlif markalı mobil telefon və aksesuarı ,12675,4 litr alkoqollu və sərinləşdirici içki, 1212.8 kq qariışıq ərzaq məhsulu, 6019 kq yuyucu vasitə, 14479.65 kq müxtəlif növ məişət malı məhv edilib.

Qeyd edək ki, məhv edilən mallar 2018-19-cu illərdə fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir.

Məhv edilən mallar arasında Ermənistan istehsalı olan, istifadəyə yararsız 220 ədəd spirtli içki də olub.

635x100

Şərhlər

Abdulla 2019-03-16 12:36:42

Niyə Ermanistandan Azərbaycana içki və digər mallar gətirənlərin kimliyi və firmanların sahibləri açıqlanmır? Bunu gizlətmək kimlərə xidmət edir.Axı bu Gömrük,nəqliyyaXalqdan niyə gizlədilir?t idarələrinə məlumdur.Burada mətbuatın qəbahəti aydın görünür.

Vətəndş 2019-03-16 12:36:42

Gömrük Komitəsi belə malları ölkəyə gətirən şirkətləri və çəxsləri niyə ictimailəşdirmir.Onların adlarını mətbuatdan gizlətməkdə məqsəd nədir?Yaxşı olmazdımı ki, millət belə şirkət vəçəxsləri tanısın.Bəlkə onlar utanıb bu əməllərdən əl çəkələr.Yoxsa həmişə oxu atıb yayı gizlədəcəklər?

Son yazılar