"Əgər bazara xarici rəqib gəlsə, biz nokaut olarıq” - "Azersun" prezidenti

"Açığını etiraf edim ki, "Azersun Holding"in gəlirləri azalıb.

"Marja"nın məlumatına görə, bunu media nümayəndələri ilə görüşündə holdinqin sədri Abdoolbari Goozal bildirib.

İş adamı qeyd edib ki, gəlirlərin azalması rəsmi işləmələri ilə bağlıdır: "Bir sıra rəqiblərin qeyri-rəsmi işləmələri ilə bağlı olaraq bazarda haqsız rəqabət var. Biz bu barədə Vergilər Nazirliyinə müraciət etmişik".

Abdolbari Goozal əlavə edib ki, istehsalda yerli rəqibimizin olmaması bizi bir qədər təmbəlləşdirir: "Əgər bazara xarici rəqib gəlsə, biz nokaut olarıq”.

635x100

Şərhlər

EJDER 2019-03-16 15:53:28

GULMELIDI.MONOPOLIYANI DESTEKLIYEN BIZIM ANALOQU OLMAYAN HOKUMETIMIZDI...LUKAWENKO CANI.ANALOQU OLMAYAN GOMRUYUMUZGURCUSTANA BAXIB IBRET GOTURSUN...NIYE ORADA UCUZLUQDU.

Azərbaycanlı 2019-03-16 15:53:28

Niyə? Gözəl bəy bazara rəqib gəlməyə qoyursunuz ki? Gömrüyə elə göstəriş verilib ki, kimin nə haqqı var,bazara Sizin millətə baha sırıdığınız ərzaq mallarını gətirə bilsin.Siz yuxarıdan mühafizə altındasınız.Qorxmayın,soyun Azərbaycan xalqını,daşıyın! Ancaq unutmayın ki,bir zaman qusacaqsınız. Şəkər tozunun,yağların və digər millətə baha sırıdığınız ərzaq mallarının dünya qiymətlərindən hamının xəbəri var.Belə bahaçılığı sizin monopoliyaya yaradıbş

Azərbaycan vətəndaşı-Azərbaycanlı 2019-03-16 15:53:28

Abdulbaqi bey?,narahat olma,sənin monopoliyana heç kimi buraxmazlar.Yuxarıdan icazə veriləndə.monopoliya Azersuna veriləndən belədir.Adi yağın qiymətini iki dəfə qaldıranda heç kim sənə bir söz demədi.Qorxma!Amma Sənin monopoliyana rəqib buraxılmalıdır ki, insanlar nəfəs alsın.Bəsdir milləti soydunuz!

Son yazılar