ƏLİ İNSANOV AZADLIQDA! - Sabiq nazirin illər sonra ilk FOTOSU (Yenilənib)

Sabiq səhiyyə naziri Əli İnsanov azadlığa buraxılıb.

"Report" xəbər verir ki, qərar Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam çərçivəsində 11 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Qeyd edək ki, sərəncam ölkə üzrə ümumilikdə 431 nəfərə şamil olunub.

Martın 17-si səhər saatlarından etibarən Prezidentin əfv sərəncamının icrasına başlanılıb. Sərəncama görə, artıq Gözəl Bayramlı və Şəmsiyyə Bəylərqızı da daxil olmaqla 23 qadın 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

“Əfv fərmanının icrasına sabah, martın 17-si başlanacaq”, - bunu virtualaz.org-a müsahibəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov deyib.

“Əli İnsanov həbsdə olduğu 14 il ərzində bir dəfə olsun ailə üzvlərinə zəng vurmayıb, onlarla telefonla danışmayıb”-keçmiş səhiyyə nazirinin vəkili Toğrul Bağırov virtualaz.org-a açıqlamasında belə deyib.

Vəkilin sözlərinə görə, Əli İnsanovun ailə üzvləri-qızı, oğlu və həyat yoldaşı Bakıda yaşayır. Onlar keçmiş nazirin əfv olunduğu haqda xəbəri KİV-lərdən eşidiblər.

Bu illər ərzində o nə qızı, nə həyat yoldaşı ilə görüşməyib və bir dəfə də olsun danışmayıb. Onun xarakteri belədir. Sərtdir. O, telefonla danışmağı xoşlamır”-vəkil qısaca deyib. Və prezidentin əfv sərəncamından sevincini gizlətməyib.

Bəs Ə.İnsanov uzun müddətli həbsdən sonra azadlığa buraxılması üçün hakimiyyətə müraciət etmişdimi? Vəkil bu suala belə cavab verib: “Bu dəfə gözləntilər güclü idi. Mən KİV-lərdə dərc edilən yazılar barədə ona danışırdım. Hərçənd özü tezliklə azadlığa çıxacaq və yəqin ki, özü bütün bunlar haqda sizə danışacaq”.

“Dünən Əli İnsanovla görüşmüşdüm. O, əfv olunacağını bilmirdi”, - bunu isə Ə.İnsanovun digər vəkili Ağaveys Şahverdi deyib. Onun sözlərinə görə, Əli İnsanov artıq tezliklə azadlığa çıxacağını bilir. Lakin vəkil keçmiş nazirin dəqiq nə vaxt azad ediləcəyini bilmir: “Əfv fərmanı dərc edildikdən sonra mən islah müəssisəsinə getdim. Mənə bildirdilər ki, İnsanovun Prezidentin fərmanından xəbəri var”.

***

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamda sabiq səhiyyə naziri Əli İnsanovun da adı var.

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

2016-cı il avqustun 24-də Ə.İnsanovun barəsində Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə yeni ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunub.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Ə.İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq nazir apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ə.İnsanovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. Daha sonra sabiq nazir kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Xatırladaq ki, ötən il noyabrın 14-də Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı vəsatət qaldırıb. O, icraatında çox iş olduğunu, cinayət işinin materialları ilə tanış olmadığını bildirib. Vəsatət təmin edilib. Proses qeyri-müəyyən günədək təxirə salınıb.

635x100

Şərhlər

maqamed 2019-03-17 10:55:00

nə bilim vallah

SƏMƏD VURĞUN 2019-03-17 10:55:00

Müxənnət Sən birinin ayağını yalardın, Yüz birini quduz kimi dalardın, Ürəkləri, beyinləri talardın, Yaman getdi... getdi "sefin", müxənnət, Din, neədir indi kefin, müxənnt? Gözlərində iki parça buz donub, Anan səni yaman uğursuz doğub, De, əllərin neçə günahsız boğub? Yaman getdi, getdi "sefin", müxənnət, Din, necədir indi kefin, müxənət? "Yuxarı"da it kimi yallanırdın, Yeyib-içib yaxsıca hallanırdın, "Asagı"mn üstə naxallanırdın. Yaman getdi... getdi "sefin", müxənnət, Din, necədir indi kefin, müxənnət? "Səssiz!" - deyib başqasını sıxardın, Özün evdə lap cıdıra çıxardın, Min das atıb asiyanlar yıxardın. Yaman getdi... getdi "sefn", müxənnət, Din, necədir indi kefın, müxənnət? Yalanları qılınc kimi yağladın, Ürəkləri, ciyərləri dağladın, Evlər yıxıb, hey qapılar bağladın. Yaman getdi... getdi "sefm", müxənnət, Din, necədir indi kefin, müxənnət?

Nizami Gəncəvi 2019-03-17 10:55:00

Zamanın sözü Hər hökmün bitəcək, iş-güc bitəndə, Hörmətin itəcək, hökmün itəndə. Gərək bilirlərsə dünyada səni, Böyründə-başında dost görəcəksən. Elə ki, itirdin gərəkliyini, Dünyada hər şeyi itirəcəksən

Vətəndaş 2019-03-17 10:55:00

Gecə-gündüz dua etməlidir ki. əfv olundu. Yaşına hörmət edib, başını aşağı salıb, ahıl ömrünü yaşamalıdır. Dinlə, ibadətlə, Allaha şükranlıqla yaşamalıdır. Gücü çatarsa, öz sahəsi üzrə həkimlik etməli, sülhə, əmin-amanlığa alqış deməlidir.

qazzaqzade 2019-03-17 10:55:00

"ilan(lar)"ın ağına da lənət, qarasına da.

Seymur 2019-03-17 10:55:00

Ali insanovun kreslosunu zept eden oqtay shireliyevle oturduqu yerlerini deishe biler

xidmətdən 2019-03-17 10:55:00

Yazıt taxtabiti bir zamanlar eldar mahmudova şərlətdiyi fərhad əliyevin də azadlığa çıxdığını eşidəndə gözünə yuxu getməmişdi gecə ilə gündüzü səhv salmışdı.hətta fərhad əliyevlə qohumluq əlaqəsi olan tabeliyindəki çox savadlı bir əməkdaşın onun görüşünə getdiyini biləndə onu azad edib kiçik bir vəzifəyə təyin etmişdi.nankorluğa bax eyyy.indi də əli insanov əhv edildi.axı insanovun şərlənməsində də taxtabitinin zəhməti olmuşdu.nə isə son zamanlar bəxti heç gətirmir.

Hemide 2019-03-17 10:55:00

Chox uzaga getdin,qayit kendive......

Dr.AGAOGLU 2019-03-17 10:55:00

İradəli,dözümlü alim.İLyas İsmayılov bu alimə qarşı düzgün olan münasibət bildirmişdir. Yeni elmi yaradıcılıq uğurları.Siyasətin saglam,ədalətli tərəfi insanları yaşadır.

t.ədalət 2019-03-17 10:55:00

Əli İnsanovu həbsxanada saxlamaqla xalqın yaddaşına əbədi yazdılar.İradə bütövlüyü, sınmazlığı ilə qəhrəman bir ömür yaşadı.Deyirlər ki,ot yolun hər iki tərəfində bitir.Səbirlilər,iradəlilər Allahın nəzarətində olanlardır...

saxavat Mikayilov 2019-03-17 10:55:00

Polad kimi mohkem Ali muallim Sizi tebrik edirem Saglam ve uzun omurlu olasiniz Zaman vaxtinda Size qiymet verecek Hemishe azadliqda

antiAbu 2019-03-17 10:55:00

Ostrovskinin Korçagini! Polad belə bərkiyir! Bütün insanlar Əli müəllimdən nümunə götürməlidir! Ona şər atmış həbsxana işçisi görəsən xəcalət çəkirmi? Məhkəmələrdə şəxsiyyətli insanların üzünə duran .....! Hamı axırda bu dünyadakı əməllərinə görə cavab verəcək. ....Üzəduran .... heç bu haqda düşünürsünüzmü? İnsan vicdanını itirməməlidir! Danil Qranin vicdanı Allahın insandakı kiçik nümayəndiliyi adlandırıb. Özbaşınalıq və haqsızlığın sonu var! Nöqtəni böyük Allah qoyur! Çox böyük nöqtəni!

Hemid 2019-03-17 10:55:00

Eli.insanov... azerbaycanln.mandelosu. olmalldl.

REDAKTOR 2019-03-17 10:55:00

Can sağlığı uzun ömür. Sizin dəmir iradəniz bizi məftun etdi ey gözəl insan. Sağ olsun prezidentimiz sizləri azadlığa qavuşdurdu.Allah hamının qapısını acsin. Bizim nə insan nə də ki ən azindan ən pis vətəndaşımızı itirən vaxtımız dəyil...

Son yazılar